Fransanın Nitsa şəhərində terror törədən şəxsin adı məlum olub.
Mediatv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, əslən Tunisdən olan 31 yaşlı Məhəmməd Lahouaiej Bouhleldir.
Məlum olub ki, o, terrorun törədilməsində istifadə etdiyi yük maşınını icarəyə götürüb.
Qeyd edək ki, ötən gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.
Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.