Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-07-2016, 20:13)
Rusiyaya qarşı sanksiyalar dünyaya 60 milyard dollara başa gəlib!

img2070760

Mediatv.az:  Rusiya KİV-nin yaydığı məlumata görə, 2013-cü ilin dekabrından 2015-ci ilin iyununa qədərki dövr ərzində Rusiyaya qarşı sanksiyalara qoşulmuş ölkələrin itirdiyi potensial gəlirlərin ümumi həcmi 60,2 milyard dollar təşkil edib. Hesablamanı «Centre d`Etudes Prospectives et d’Informations Internationales»-in (Fransanın dünya iqtisadiyyatı üzrə tədqiqat mərkəzi) ekspertləri aparıb. Hesablama zamanı ekspertlər ticarətdə həm formal, həm də qeyri-formal məhdudiyyətləri qiymətləndiriblər («Kommersant» qəzeti).

İtkilərin əsas hissəsi (82,0 faizi) Rusiya embarqosunun şamil edilmədiyi məhsulların payına düşür.

Burada Avropa İttifaqının (Aİ) itkiləri ümumi həcmin 2/3-ni (77,0 faizi) təşkil edib. Sanksiyaların qüvvədə olduğu müddətdə malgöndərmələrin (satışın) ehtimal həcmi orta hesabla 8-14 faiz, qiyməti isə 3,5-7,5 faiz düşüb.

Münasibətlərin gərginləşməsinin başlanğıcında (fevral-iyul, 2014-cü il) satış həcminin azalması orta hesabla, 14,6 faiz təşkil edib (o cümlədən, Aİ ölkələrində – 13,8 faiz).

Pul hesabı ilə maksimum itirilmiş gəlirlər Almaniyanın payına düşür – ayda 630,0 milyon dollar (və ya ümumi gəlir itkisinin 27,0 faizi). İkinci yerdə Ukrayna gəlir – 450,0 milyon dollar, ardınca Polşa, Niderland, Fransa və Yaponiya sıralanır (200, milyon dollar ətrafında).

Federal Gömrük Xidmətinin məlumatına görə, 2014-cü ilin birinci yarısında Aİ ölkələrindən Rusiyaya məhsul ixracı 6,1 faiz azalıb. Bu zaman bütün ölkələrdən azalma 4,8 faiz təşkil edib. İl ərzində isə bu rəqəmlər uyğun olaraq 11,7 faiz və 9,2 faiz təşkil edib.

2015-ci ildə Aİ-dan ixracın azalması 40,2 faiz təşkil edib. İdxalın həcmi də enerji resurslarının qiymətlərinin enməsi fonunda 31,0 faiz azalıb. İki il ərzində Aİ-dan idxalın həcmi pul hesabı ilə 64,0 milyard azalıb.

AzPolitika.info

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024