Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.
Mediatv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Giresun bələdiyyə rəhbəri Kərim Aksu deyib.
Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub.
Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.
Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır.
Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş.