İstanbul polisi xüsusi əməliyyat çərçivəsində silah alverində şübhəli bilinən 87 nəfəri saxlayıb.
Mediatv.az Türkiyənin "Haber7" qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı həmçinin 1000 ədəddən artıq odlu silah aşkar edilib.
Saxlanılanlar arasında əcnəbilərin də olduğu bildirilir, lakin adlar açıqlanmır.
Qəzet həmçinin məlumat verir ki, Türkiyənin digər böyük şəhər və vilayətlərində də belə əməliyyatlar aparılacaq.