Qazaxıstanın Karaqanda vilayətində 6 radikal islamçı saxlanılıb, onlardan biri özünü partladıb.
Mediatv.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Jumakanov deyib.
O bildirib ki, saxlanılan şəxslər sələfi təriqətinə aiddir. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.
Jumakanov onu da əlavə edib ki, Karaqanda vilayətində baş verənlər Aktobedəki hadisələrlə əlaqəli deyil.