Dünya (29-06-2016, 16:37)
Putin hökumətə Türkiyəyə qarşı sanksiyaların ləğvini tapşırdı
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların ləğvi haqqında tapşırıq verib.
Mediatv.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə baş nazir Dmitri Medvedevə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi barədə göstəriş verib.
"Türkiyə prezidentinin göndərdiyi məktubdan sonra türkiyəli tərəfdaşlarımızla münasibətlərin normallaşmasına başlamaq qərarı verdik. Telefon söhbətinin əvvəlində ölkə prezidentinə bütün Türkiyə xalqına İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdim", - deyə o bildirib.
Putin turizm sahəsində Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan götürüləcəyini də əlavə edib: "Rusiya hökumətindən Türkiyə ilə ümumilikdə iqtisadi-ticarət əlaqələrinin normallaşması prosesinə başlamağı xahiş edirəm".