Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-06-2016, 15:35)
”İran ən böyük maneədir”- Səfir

Dan Stav

 

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin İsrail dövləti və demokratik şəkildə seçilmiş hökuməti ilə bağlı acıqlı xatırlatması İranı “dəmir əllər”lə idarə edən hegemon və təcavüzkar teokratik rejimin əsl xarakterini ifşa edir”.
Mediatv.az xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Dan Stav İran səfirinin ötən gün İsrail və Fələstin məsələsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Səfirin sözlərinə görə, çoxsaylı beynəlxalq hesabatlar da göstərir ki, İranın qəddar rejimi Bahəiliyə məxsus azlıqları insafsızcasına təqib edir, LGBT icması kimi sosial qruplara zülm verir: “İran rejimi ictimai şəkildə hüquqi proses olmadan yüzlərlə insanı edam etdirir və sistemli şəkildə öz əhalisinin, o cümlədən qadın və uşaqların insan haqlarını pozur. İran Yaxın Şərqdə və onun ətrafında müxtəlif ölkələrin daxili işlərinə aktiv şəkildə qarışmaqla, suverenliklərinə hörmət etməməklə, təxribatçılıq siyasətini genişləndirir.
Suriyadakı vətəndaş müharibəsinə iştirak etməklə İran rejimi müharibə cinayətləri törədir, beynəlxalq hüquq və normaları kobud şəkildə pozur. Tehran Livandakı “Hizbullah” və Qəzza zolağındakı HAMAS kimi terror təşkilatlarını maliyyələşdirir, dəstək verir, silahlandırır və bəyan etdiyi kimi, bunda da əsas məqsədi İsrail dövlətini dağıtmaq, İsrailin günahsız dinc əhalisini hədəfə almaqdır.
İranla qərb gücləri arasında nüvə məsələsi ilə bağlı razılaşmadan sonra belə İran ballistik raketlərin test sınağını davam etdirir, bununla da, BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur və bu addım İranın İsrail və Yaxın Şərqdəki digər ölkələrə qarşı militarist siyasəti ilə birlikdə bu ölkənin təcavüzkar yanaşmasını vurğulayır. Öz siyasəti və hərəkətləri ilə İran Yaxın Şərq və onun ətrafında sülhün əldə olunması yolunda ən əsas maneədir”.  (APA)
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024