Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-06-2016, 16:46)
MTN-nin ləğv edilməsi Dövlət Departamentinin hesabatında

 

MTN-emeliyyat-300x230

ABŞ Dövlət Departamenti iyunun 2-də “Terrorçuluqla mübarizə-2015” hesabatını açıqlayıb.

Mediatv.az:  Virtualaz.org Dövlət Departamentinin saytında yerləşdirilmiş sənədə istinadən xəbər verir ki, hesabatda Azərbaycan ABŞ-ın terrorçuluqla mübarizədə güclü tərəfdaşı adlandırılır. Azərbaycan hakimiyyətinin terrora qarşı mübarizədə “güclü qətiyyət nümayiş etdirdiyi” bildirilir.
“Azərbaycan ötən il ərzində terrorçuluqla mübarizədə Birləşmiş Ştatlarla sıx tərəfdaşlığını saxlayıb və Qafqaz üzərindən adamlar, pul və maddi vəsitələr keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparıb. Ölkə əvvəlki kimi terrorçuluqla mübarizəyə böyük diqqət yönəldir və terrorçuluqla bağlı olan çoxsaylı şəxsləri təqib edib. Böyük miqdarda silah-sursat müsadirə edib”-hesabatda deyilir.
Dövlət Departamenti bildirir  ki, ötən il ərzində Azərbaycan «İslam Dövləti» (İŞİD) terror qruplaşması ilə mübarizədə güclü qətiyyət nümayiş etdirib,  bu terror qruplaşması ilə bağlı informasiyanı paylaşıb. İraq və Suriyaya əcnəbi döyüşçü axınının, terrorçu qruplaşmaların qanunsuz maliyyələşməsinin önlənməsi yönündə işləyib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD və «əl-Qaidə» ideologiyasına qarşı ictimai tədbirlər görüb. Xarici İşlər Nazirliyi dekabrın ortasında elan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Terrora qarşı İslam Koalisiyasına qoşulmağı nəzərdən keçirir», -hesabatda deyilir.

Dövlət Departamenti xatırladır ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə 1999-cu ildə qəbul edilmiş qanundan istifadə edir. Bu qanuna əsasən Milli Təhlükəsizlik Nazirliyinə DİN  və Baş prokurorluqla koordinasiya şəraitində terrorçuluqla mübarizədə xüsusi rol ayrılmışdı.  Müxtəlif digər səlahiyyətləri ilə yanaşı MTN-in qarşısında terrorçuluqla məşğul olan qrupların və şəxslərin üzə çıxarılması, habelə beynəlxalq terrorçuluq və transmilli cinayətkarlıqla mübarizə vəzifələri qoyulmuşdu.
“Ötən ilin payızında MTN-də irimiqyaslı kadr və struktur dəyişiklikləri həyata keçirildi. 2015-ci ilin dekabrında Azərbaycan prezidenti MTN-in iki təşkilata-Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə bölünməsi haqda fərman imzaladı. İlin sonunda həmin strukturların terrorçuluqla mübarizədə rolunun necə olacağı və onların səylərinin necə birləşdiriləcəyi hələ müəyyən deyildi”-hesabatda bildirilir.

Dövlət Departamenti qeyd edir ki, Daxili İşlər Nazirliyi də terrorçuluqla mübarizədə vacib öhdəliklər daşıyır. Spesifik antiterror hərəkətlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyat  a keçirir. Baş Prokurorluq terrorçuluqla bağlı fərdlərin təqibinə, terror cinayətlərinin təhqiqinə məsuliyyət daşıyır.
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti terrorçuluq fəaliyyətinin aşkarlanması və önlənməsini səmərəli həyata keçirib, ölkəyə qayıdan əcnəbi döyüşçüləri təqib edib. Ölkəyə giriş zamanı səyahətçilərin yoxlanmasında terrorçu və cinayətkarlar barədə xəbərdarlıq siyahılarından, bioqrafik/biometrik informasiyadan yararlanıb. Digər ölkələrlə informasiya mübadiləsi aparılıb.
Daha sonra sənəddə ölkə qanunvericiliyinə edilən uyğun dəyişikliklərdən, ötən ilin dekabrında qəbul olunmuş dini ekstremizmlə mübarizə qanunundan söz açılır.ABŞ Dövlət Departamenti daha sonra Azərbaycanın çirkli pulyumaya qarşı gördüyü tədbirlərdən söz açır. O da vurğulanır ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə zorakılığa çağırışın önlənməsi məqsədilə bəzi məscidlərdə moizələrə nəzarət tədbirləri görüb. Ölkə ATƏT-in, İslam Əməkdaşlığı Təşkilatının, digər regional qurumların fəal üzvüdür, eləcə də NATO ilə antiterror sahəsində işini davam etdirir.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024