Dünya (27-05-2016, 09:32)
Erməni generalının “itirilən” ərazilərlə bağlı etirafı
“İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər”.
“Ermənistan tərəfi aprel hadisələrində strateji baxımdan böyük əhəmiyyətə malik yüksəklikləri “itirib”. İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər”.
Mediatv.az-ın Anspress-ə istinadən məlumatına görə, bu sözləri “Kommandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosya deyib.
O, bildirib ki, indi biz bu yüksəklikləri qaytarmalıyıq ki, Talış, Martakert və Madagiz sakinləri sakit yaşaya bilsinlər.
“Bu məsələni bizim Müdafiə Nazirliyimiz və ölkə rəhbərliyi düşünməlidir. “Biz itirdik və bu hündürlüklərə görə itirməkdə davam edəcəyik. Talış kəndində insanlar yaşamırlar. Qarabağın ən böyük şəhəri Martakert atəşin altında olur. Təbii ki, bu hündürlükləri qaytarmaq lazımdır ki, insanlar sakitcə evlərinə qayıda bilsinlər”, – deyə Kommandos bildirib.