Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-05-2016, 14:15)
AKP-yə yeni sədr, Türkiyəyə isə baş nazir seçilir

 

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilir.

 

 

Mediatv.az xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına görə, "Ankara Arena”da öz işinə başlayan qurultayda AKP-nin yeganə baş nazir namizədi Binəli Yıldırım da iştirak edir. 
Qurultaya 6 min nəfər qatılıb. Hazırkı baş nazir Əhməd Davudoğlunun da qurultayda çıxış edəcəyi gözlənilir.
Məlumata görə, səsvermədə 1470 nəfər partiya üzvü səs verəcək.
 
*****
10:49
 
Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.
APA-nın məlumatına görə, qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq.
Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə.Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.
Qurultayda prezident R.T.Ərdoğan, B.Yıldırım və Ə.Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay "Uğurlu yürüşə davam" şüarı altında keçiriləcək.
B.Yıldırıma bu gün prezident R.T.Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B.Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024