Dünya (19-05-2016, 10:36)
Avropa İttifaqı Rusiyanın Krımdakı siyasətini pislədi!
Mediatv.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyanın Krımda yeritdiyi siyasəti pisləyən bəyanatla çıxış edib («Exo Moskvı»).
Bəyanat Krım tatarlarının deportasiyasının 72-ci ildönümünə həsr olunub. Aİ-nın fikrincə, tatarlar Krımda yenidən təqiblərə məruz qoyulur və qorxu altına saxlanır.
Bundan əvvəl Aİ xarici diplomatiyasının başçısı Federika Mogerini krımtatar məclisinin qadağan olunmasını ümumiyyətlə, Krım tatarlarının hüquqlarına hücum adlandırmışdı.
Kiyev də öz növbəsində, Krımda insan haqlarının pozulmasına yol veməmək yolunda dünya ictimaiyyətini Rusiya hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
Ukrayna xarici işlər nazirliyinin bəyanatında deyilir ki, 1944-cü ilin mayında 250 mindən çox Krım tatarı Stalin rejiminin qurbanı olub. Onların deportasiyası tarixin «qara səhifəsi»nə çevrilib.
Bununla yanaşı, dünən Krımın özündə deportasiya qurbanlarının xatirəsinə həsr olunmuş memorialın birinci hissəsinin açılışı olub.
AzPolitika.info