Dünya (16-05-2016, 19:16)
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında ilk onluqda yer alıb.
Mediatv.az xəbər verir ki, bu barədə Bonn International Center for Conversion (BICC) tədqiqat mərkəzinin "The Global Militarisation Index 2015" məlumat kitabçasında qeyd edilib.
Azərbaycan 10 ölkə arasında 8-ci yerdə qərarlaşıb. Onluğa Azərbaycanla yanaşı Ermənistan da daxildir. 1000 ballıq sistem üzrə Azərbaycan 786,44, Ermənistan isə 835,79 xal alıb.
Ermənistan hərbiləşmənin səviyyəsinə görə 10 ölkə arasında 3-cü yerdə dayanır. Birinci yerdə isə İsraildır. Cədvəldəki digər yerləri Sinqapur, İordaniya, Koreya Respublikası, Rusiya, Cənubi Kipr, Küveyt, Yunanıstan bölüşdürür.
Hərbiləşmənin ən aşağı olduğu ölkələr isə İsveç, İslandiya, Papua-Yeni Qvineya, Liberiya, Qambiya, Kabo-Verde, Sierra-Leone, Trinidad və Tobaqo, Albaniya, Maltadır.
Hərbiləşdirmənin qlobal indeksi 0-dan 1000-ə qədər bal cədvəli ilə müəyyən edilib. Hesablama xüsusi kriteriyalar əsasında aparılıb. Statistika ÜDM, səhiyyə xərcləri, silahlı qüvvələrin sayı və ağır silahların, ölkənin hərbi hissələri, əhalinin və ehtiyata olan hərbçilərin sayı əsasında müəyyən edilib.
Hər bir dövlətin çox sayda silahlı qüvvə saxlamasının öz arqumentləri var.
Məsələn, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə hərbiyə digər sahələrdən çox pul ayırır. Bu il aprelin 11-də "Global Firepower" analitik şirkəti dünyada ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələrinin adını 60-cı sırada qeyd edib. Ötən il isə siyahıda ölkəmizin adı 64-cü pillədə idi.
9 milyondan artıq əhalisi olan Azərbaycan Ordusunun müdafiə xərcləri 3 milyard dollardan çoxdur.
Ordumuzda tank sayı 314, hərbi təyyarə 127 ədəd kimi göstərilib. Ermənistanda isə 3 milyondan çox əhalinin müqabilində müdafiə xərcləri 225 milyon dollardır. Tank sayı 116, hərbi təyyarələr isə 63-dür.
İsrail Fələstin və digər ərəb ölkələri ilə mübahisəli torpaq iddiaları olduğu üçün orduya daha çox pul ayırmaq məcburiyyətində qalır. Ölkə uzun illərdir ki, müharibə şəraitində yaşayır. İsrail münaqişələrin baş verdiyi ən qaynar regionda yerləşir və nüvə dövlətidir.
Sinqapur isə Çinin regiondakı nüfuzunu azaltmaq üçün hərbiyə külli miqdarda pul ayırır. İordaniyanın ətrafındakı Ərəb ölkələri çoxluq təşkil etsə də İsraillə yaşanan soyuq münasibətlər onu hərbiləşməyə məcbur edir. Həmçinin ölkə dünyanın ən qeyri -sabit bölgələrindən birində yerləşir.
Regionda İŞİD, Əl-Qaidə və digər təhlükəli terror təşkilatları fəaliyyət göstərir. Cənubi Koreya Respublikası isə Şimali Koreya ilə 50 ildən çoxdur ki, davam edən hərbi münaqişəyə görə, ordunu müasir silahlarla təchiz edir.
Sinqapura gəldikdə, bu ölkə Çinin regiondakı nüfuzunu azaltmaq üçün hərbiyə külli miqdarda pul ayırır. Şimali Koreya isə cənub qonşusunu daima təhdid altında saxlamaq üçün nüvə və digər ballistik raketlərin sınağını keçirir.
Rusiya orta əsrlərdən başlayaraq hərbi sahəyə ciddi maliyyə vəsaiti ayırıb. Bu diqqət Sovet İmperiyası və ondan sonrakı dövrdə daha da artıb. Rusiya nüvə dövlətidir. Dünyanın ən güclü 4 ordusu sırasına Rusiya da daxildir. Rəsmi Moskva 2015-ci ildə orduya 66.4 milyard dollar pul ayırıb. Rusiyanın çox güclü hərbi sənayesi var.
Cənubi Kipr isə uzun illər Şimali Kipr Türk Respublikası ilə müharibə vəziyyətində yaşayır. Bu səbəbdən orduya çox pul ayrılır. Məlumdur ki, Cənubi Kiprin himayəçisi Yunanıstandır. Ona görə də Şimali Kiprlə yaşanan gərginlik Yunanıstanın hərbi xərclərinə təsir edir. Yunanıstan həmçinin NATO-nun üzvüdür.
Küveyt isə 1991-ci ildə İraqla baş verən müharibədən sonra orduya daha çox pul ayırır. Çünki onda o vaxt ki İraq prezidenti Səddam Hüseyn bir günün içərisində Küveyti işğal etmişdi. Səddam Hüseynin ordusu yalnız NATO və ABŞ-ın hərbi müdaxiləsindən sonra Küveyti tərk edib. Küveyt ABŞ-ın hərbi və siyasi təsiri altındadır.
Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) yaydığı statistikadan isə məlum olur ki, dövlətlər ötən il hərbiyə ümumilikdə 1,7 trilyon dollar pul ayırıblar. Orduya ən çox pul xərcləyən isə ABŞ-dır. Dünyadakı hərbi xərclərin 36%-i ABŞ-ın payına düşür. Birləşmiş Ştatların 2015-ci ildə hərbi xərcləri 589 milyard dollar təşkil edib.
Reytinq siyahısında ikinci və üçüncü yerləri Çin və Səudiyyə Ərəbistanı bölüşdürür. İqtisadi cəhətdən zəifləmə dövrünü yaşayan Rusiya dördüncü yeri tutur. 2015-ci ildə Şimali Amerika, Qərbi Avropa, Afrika, Latın Amerikasının bəzi dövlətləri hərbi xərclərində ixtisarlar (2,4%) aparıb. Amma Asiya və Okeaniya, Şərqi və Mərkəzi Avropa, həmçinin Yaxın Şərq ölkələri hərbi xərclərini artırıb.
Anspress
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024