Dünya (16-05-2016, 16:46)
"Avropa Ermənistanın vədlərindən cana doyub" - Erməni iqtisadçı
Avropa Şurasını heyəti sədrinin Ermənistanın korrupsiyaya bulaşması bəyanatı, onların verilən vədlərdən cana doyması ilə bağlıdır.
Mediatv.az Avropa.info-ya istinadən xəbər verir ki, bu açıqlama ilə mətbuat konfransında müxalif Ermi Milli Konqresinin üzvü, iqtisadçı Baaqn Xaçatryan çıxış edib. O, barədə AŞ-nın Ermənistan üzrə nümayəndəsi Pyotr Svitalskinin açıqlamasına şərh verərkən deyib.
Svitalski deyib ki, korrupsiya ilə mübarizədə gözlənilən nəticələrin yoxluğu halında Brüssel Yeravan üçün nəzərdə tutulan 15 milyon avronu verməyəcək.
Xaçatrayanın sözlərinə görə, Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı referendum Avropanın səbrini daşıran son damla oldu. Erməni iqtisadçı deyir ki, korrupsiya ilə mübarizə üçün Ermənistana uzun illər boyu pullar ayrılsa da, nəticə yoxdur.
“Əgər əvvəllər korrupsiya yerli və lokal xarakter daşısa da, indi o sistematik hal daşıyır” – Xaçatryan belə deyib.