Dünya (15-05-2016, 23:15)
Dmitri Roqozindən səviyyəsiz “Eurovision” açıqlaması
Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Ukraynada keçiriləcək növbəti “Eurovision 2017″ müsabiqəsinə “Leninqrad” qrupunun lideri Sergey Şnurovun göndərilməsini təklif edib.
Mediatv.az-ın məlumatına görə, siyasətçi öz “Twitter” səhifəsində bildirib ki, rusiyalı rok-musiqiçinin qalib gəlib-gəlməməsi önəmli deyil, əsas odur ki, o qarşısına çıxan hər kəsi söyəcək.
“Leninqrad” qrupunun lideri Şnurov isə öz “İnstaqram” səhifəsində onu “Eurovision” musiqi yarışına göndərmək istəyənlərə cavab verib.
“Gör nə günə qalmışıq ki, 140 milyon vətəndaşdan yalnız bir nəfər kimlərinsə cavabını verə bilər. Ən dəhşətlisi isə budur ki, bu sözləri nüvə dövlətinin baş nazirinin müavini söyləyir”, – deyə Şnurov ona atılan atmacalara sərt şəkildə reaksiya verib.
Sergey Şnurov “Leninqrad” qrupunun lideridir. O, rok və ska-pank janrında mahnılar ifa edir. Onun ifa etdiyi mahnılarının mətnində həddindən artıq söyüşlər yer alır.
Посмотреть изображение в Твиттере
ANS PRESS