Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-05-2016, 17:15)
BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu Azərbaycana gəlir

BMT Azərbaycanda azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəmizə işçi qrupu göndərir.

Mediatv.az xəbər verir ki, BMT-nin Bakı ofisindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, mayın 16-da Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Azərbaycana ilk rəsmi səfərini edəcək.

10 gün davam edəcək səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - işçi qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti ilə görüşlər keçirəcəklər.

Ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla azadlıqdan məhrum olunmuş şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair birinci əldən məlumat toplayacaqlar.

Eksperlər qrupunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşayiət edəcək.

İşçi Qrupunun ilkin müşahidələrinə dair mayın 25-də mətbuat konfransı keçiriləcək. İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Qeyd edək ki, İşçi Qrupu dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir: Baş Məruzəçi Setondci Roland Adcovi (Benin); Kommunikasiyalar üzrə Sədrin Müavini Xose Qevara (Meksika); İzləmə üzrə Sədrin Müavini Li Tumi (Avstraliya); Seonq-Fil Honq (Koreya Respublikası) və Vladimir Toçilovski (Ukrayna).

Ekspert qrupu azadlıqdan iddia edilən özbaşına məhrum etmə hallarını araşdırmaq üçün 1991-ci ildə İnsan Hüquqları Komissiyası tərəfindən yaradılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024