“Çoxları elə güman edirdi ki, başları üstündə fotolar çəkən adi pilotsuz uçuş aparatı dövrə vurur. Amma onun yerə düşməsi, partlaması və yanğına səbəb olması hamı üçün gözlənilməz oldu”.
Mediatv.az xəbər verir ki, Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu öz tanışları ilə birlikdə hərbi döyüşlərdə iştirak etmək üçün könüllü kimi Dağlıq Qarabağa yollanmış 47 yaşlı podpolkovnik Gevorq Azoyan deyib.
O xatırladıb ki, Talış kəndi ərazisində onları haqlayan pilotsuz həmin gün 9 erməni əsgərini məhv edib, G.Azoyan özü isə xəstəxanaya düşüb.
“Uşaqların bəzisi dərhal öldü. Qalanları isə ya xəstəxanaya aparılarkən yolda, ya da xəstəxanada keçindilər”, -deyə Azoyan vurğulayıb.