Çinin cənub-şərqindəki Fucou vilayətinində tikinti sahəsində baş vermiş torpaq sürüşməsi nəticəsində 30-dan çox insan dağıntılar altında qalıb.
Mediatv.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, hadisə Taynin qəsəbəsi ərazisində gecə saat 5 radələrində baş verib. Sürüşməyə son günlər bölgədə yağan şiddətli yağışların səbəb olduğu bildirilir. Hazırda xilasedicilər axtarış işləri aparırlar.
Şiddətli yağışlar nəticəsində yaranmış torpaq sürüşmələri Sıçuan və Quycou vilayətlərində dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub. Ölkənin Xubey, Xunan, Cıcian və Ciansi vilayətlərində də güclü yağışlar qeydə alınıb.(AzərTAc)