Dünya (5-05-2016, 19:14)
Sarksiyandan geri addım: `DQR`in tanınması qaldı
Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün `Facebook` səhifəsində ölkə hökumətinin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.
“Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə o bildirib.
Mediatv.az xəbər verir ki, Bundan başqa Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.
BBC-nin məlumatına görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib və “Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması gündəlikdə yoxdur.
Qeyd edək ki, mayın 10-da Ermənistan hökuməti bu məsələ ilə bağlı “qanun layihəsini” dəstəkləyərək parlamentə göndərib.
Azvision.az