Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-05-2016, 16:19)
Davudoğlu: Dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim

 

"Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir".

 

Mediatv.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

"25 illik elm adamı olaraq, əziz millətimizə xidmət etdiyimə görə qürur duyuram. Məncə, indi perspektivimizi bölüşmək zamanı gəlib", - deyən Əhməd Davudoğlu siyasi fəaliyyətini üç mərhələyə bölərək, başçılıq etdiyi partiya və hökumətdəki fəaliyyətindən danışıb.

O, partiya daxilində şəxsi baxımdan heç bir problemi olmadığını vurğulayıb: "Məndən soruşurlar ki, niyə siz fövqəladə qurultayda sədrliyə namizədliyinizi vermirsiniz? Bu, bir peşmanlıq deyil. Niyə bu qərarı aldım? Mənim prinsiplərim var. Heç bir zaman vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: "Yoldan öncə yol yoldaşı". Ancaq bunu görə bilmədim. Hamımızın bir hesabat verməsi lazım idi. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim.

Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir. Millət vəkili olaraq, demokratikləşmə yolunda mübarizəmi davam etdirəcəyəm".

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024