Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-05-2016, 14:16)
“Tərəflər arasında etimad qırılıb”

222eedadf8a0caa66b39b13081fc9fe9

 

“Tərəflər arasında etimad qırılıb, onların danışıqlar masasına qayıtmaq həvəsi çox azdır”
“Apreldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas xəttində baş verənlər onu göstərdi ki, mövcud status-kvonu saxlamaqla həllə nail olunacağını düşünmək ciddi səhvdir”.
Mediatv.az-ın məlumatına görə, bu sözləri Fransanın Avropa məsələləri üzrə dövlət nazir Harlem Desir ölkə Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğuya cavabında deyib. O bildirib ki, münaqişə ildə onlarla mülki vətəndaşın və hərbçilərin ölümü ilə nəticələnir: “Bu gün təcili şəkildə atəşkəs bərpa olunmalı, hərbi toqquşmalar dayandırılmalı və tərəflər danışıqlar yolu ilə həllə nail olmaq üçün danışıqlar masasına qayıtmalıdır. Bu, asan olmayacaq. Tərəflər arasında etimad qırılıb. Onların bu gün danışıqlar masasına qayıtmaq həvəsi çox azdır”.
H. Desir regiona səfərini xatırladaraq hər iki ölkənin prezidenti ilə görüşdə Fransanın həmişəki mesajını çatdırdığını qeyd edib: “Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkəni kompromisə çağırdım. Bu kompromisin parametrləri məlumdur. Madrid prinsiplərində də göstərildiyi kimi, bunlara güc tətbiq olunmaması, Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılması daxildir”.
H. Desirin sözlərinə görə, Fransa tərəfləri danışıqlar masasına qaytarmaq məqsədilə bütün təşəbbüslərə hazırdır.

APA

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024