Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan_Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.
Mediatv.az bildirir ki, Jirinovski deyib: Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb, o davam edir və bundan sonra da davam edəcək”.
RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: “Nə qədər ki Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.
Virtualaz.org