Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-04-2016, 17:27)
"Azərbaycan Qarabağda imkanlarını artırdı" - Stratfor

Qarabağda baş verən hərbi toqquşmalardan sonra irimiqyaslı hərbi əməliyyatlar dayandırıldı, lakin münaqişənin siyasi nəticələri dayanmayıb. 

Mediatv.az xəbər verir ki, bu barədə ABŞ-ın kəşfiyyat-analitika mərkəzi “Stratfor” yazıb. “Stratfor” yazır ki, hərbi əməliyyatlar prosesin nizamlanması yolunda diplomatik səyləri gücləndirib. Qərbin diplomatik səyləri fonunda Qarabağ münaqişəsi zonasında kiçikmiqyaslı toqquşmalar davam edir. Problemin həlli istiqamətində iştirak edən tərəflərin ard-arda səfərləri Qafqazın geosiyasi mürəkkəbliyini göstərir. Xarici oyunçular nəinki ölkə hakimiyyətlərinə təsir göstərir, bu təsir ölkə əhalisində də hiss olunur. “Stratfor” nümunə kimi 13 apreldə Yerevanda Rusiyanın Azərbaycana silah satmasına qarşı keçirilən aksiyanı göstərir.

Siyasi cəhətdən Azərbaycan genişmiqyaslı müharibəyə getmədən status-kvonu sınaqdan keçirdi. Bu strategiya iri regional oyunçuların diqqətini çəkərək Bakı üçün daha geniş strateji məqsədlərə xidmət etdi, danışıqlar yolu ilə münaqişənin nizamlanması perspektivləri imkanlarını artırdı” – “Stratfor” belə yazır.

Araşdırma mərkəzi yazır: aydın deyil ki, Rusiya regionda status-kvonu dəyişdirmək istəyir ya yox. Moskva ola bilsin münaqişəni dondurulmamış - lakin qaynar yox, Rusiyanın nəzarət etdiyi  formada saxlanılmasına çalışsın. Azərbaycan-Ermənistan arasında baş barışdırıcı rolunu üzərinə götürməklə. Belə ssenari Moskvanın hər iki ölkəyə təsirini gücləndirəcək.

Lakin yaxın gələcəkdə münaqişənin geniş yaxud qismən həlli perspektivi az ehtimal olunandır. Səbəb kimi mürəkkəb faktorlar və bunun baş verməməsini istəyən tərəflərin maraqlarıdır. Bu üzdən Dağlıq Qarabağda hərbi gərginliyin yüksəlişi davam edəcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024