Krımın Ali Məhkəməsi “Krım-tatar xalqının məclisi” İctimai Birliyini ekstremist qrup elan edərək onun Rusiyada fəaliyyətini qadağan edib.
Mediatv.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından bildirib.
Qərardan bir ay müddətində şikayət etmək olar.
Məclisin qadağan edilməsinə dair iddia Krım prokurorluğuna Natalya Poklonskaya tərəfindən verilib.
O bəyan edib ki, təşkilat sırf Rusiya əleyhinə fəaliyyətə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev “böyük Qərb kuklaoynadanlarının oyuncağıdır, Krım-tatar xalqını isə xırda pul kimi istifadə edirlər”.
Prokurorluğun məlumatına görə, Məclisin liderləri türk “Boz qurd” və “Hizb ut-Tahrir əl-İslami” kimi terror təşkilatlarının muzdluları ilə əməkdaşlıq edirlər.