Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (29-11-2021, 16:34)
"Valideyn iclaslarında mütləq psixoloqlar iştirak etməlidir" - ÇAĞIRIŞ

"Valideyn iclaslarında mütləq psixoloqlar iştirak etməlidir"
Bakı məktəblərində psixoloq ştatı artırılacaq. Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlama verib. O bildirib ki, Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq:
“İndiki zamanda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır. Mütəmadi olaraq bu istiqamətdə maarifləndirici konfrans və seminarlar təşkil olunur. Çünki risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər mövcuddur”.

Addımı dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az” a bildirib ki, dəfələrlə verilişlərə, saytlara müsahibə zamanı bu məsələni dəfələrlə qaldırıb:

“Birmənalı şəkildə məktəblərdə psixoloq ştatı artırılmalıdır. Ən azı 2-3 min uşağı nəzərə alsaq, buna psixoloqun fiziki gücü yetməz. Bir sinifdə 30-35 şagird təhsil alır. Psixoloq sinifdə əyləşib, müşahidələr aparmalı, şagirdlərin xarakteristikasını yazmalı, gərək duyarsa, individual işləməlidir. Amma sadalananların hamısını bir psixoloqun etməsi mümkün deyil”.
Müsahibimiz diqqətə çatdırıb ki, psixoloq peşəsinə əksəriyyət yeni sahə kimi baxsa da, onun dərinlikləri var:
“Psixoloqlar ixtisaslaşırlar. Uşaq ilə yeniyetmə və böyüklər üçün olan psixoloqlar fərqli istiqamətlərə bölünür. Kim ki “hərşeyşünas” olmaq istəyir, onlar nəticə əldə etmir. Düşünürəm ki, ibtidai siniflərdə təhsil alan şagirdlərlə yuxarı sinif və yeniyetmələrin psixoloqu ayrı olsa, daha yaxşı olar. Şagirdlərə nəzarət imkanları böyüyər. Nəticədə ortaya keyfiyyətli iş çıxar və psixoloq hər bir fərdi tanıyar”.

F.Mehmanqızı vurğulayıb ki, 1-ci siniflərə qəbul zamanı uşaqlar psixologiya imtahanından da keçsələr, daha məqbul olar:

“Qabiliyyət, qavrama testləri olmalıdır. Valideyn iclaslarında mütləq psixoloqlar iştirak etməlidir. Fənn müəllimləri iclaslarda şagirdlərin təhsili ilə bağlı məlumat verdiyi kimi psixoloq da fəaliyyət göstərməlidir. Müəllim, valideyn, psixoloq birgə işləyib, cəmiyyətə sağlam şəxsiyyət yetişdirməlidirlər. Bu səbəbdən ştat sayı artırılmalıdır. Bir çox universitet psixoloq məzunlar buraxır. Bu gün psixologiyaya maraq var. Hətta qeyri-rəsmi olsa da, sertifikat ilə də psixoloq olanların şahidi oluruq”.

F.Mehmanqızının fikrincə, dövlət hesabına kurslar fəaliyyət göstərsə, yaxşı olar:

“Təhsil Nazirliyi müasir terapiya üsulları, analizlər, testlər üzərində çalışmalıdır. Xüsusi seminarlar təşkil olunsa, xoşagələn addım kimi dəyərləndirilərdi. Məktəb psixoloqlarının Psixoloqlar Assosiasiyasına üzv olması daha uyğun hesab edilə bilər. Belə olduğu halda Assosiasiyaya üzv olan psixoloqlar hər hansı mövzu haqqında ortaq məxrəcə gələr. Həmçinin proqramlar tərtib edilməlidir. 10 il əvvəlin yox, yalnız müasir düşüncəyə cavab verən proqramlar psixoloqların köməyinə çatar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024