Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (9-11-2021, 14:16)
"Əyani təhsilə keçsək də, distant təhsilə diqqəti azaltmamalıyıq" - ekspert

 Vəziyyət düşündüyümüz qədər də kiritik halda deyil, hər halda son sözü müvafiq qurumlar deyəcək. İki ildən çoxdur ki, bütün dünyada səhiyyə böhranı və bütün sahələrə, eləcə də təhsilə təsirsiz keçməyib. Təhsil sisteminin virtuallaşması, bəzi şagirdlərin təhsildən yayınmasına səbəb olur. İnternet və dərs sisteminə qoşulmaq üçün vasitələrin olmaması ucqar kəndlərdə, imkansız ailələrdə uşaqları təhsildən uzaqlaşdırır.
Bu gün distant təhsilimizin vəziyyəti necədir?

Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info saytına açıqlamasında bildirib ki, vəziyyət düşündüyümüz qədər də kritik halda deyil, hər halda son sözü müvafiq qurumlar deyəcək.

"Son günlər yoluxmalar səbəbindən bir neçə məktəbin bağlanması və bir neçə təhsil müəssisəsində 200-dən çox sinfin distant təhsilə keçməsi ilə əlaqədar geniş ictimaiyyətin müəyyən kəsimi arasında bəzi narahatçılıq və təşviş yaranması halları başa düşüləndir. Bir müddət əvvəl Nazirin də xüsusi olaraq vurğuladığı “Distant təhsilin ailələr üçün böyük stres və diskomfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə, cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə qlobal böhranın törəməsi kimi baxmalıyıq” şərhinə əsasən vəziyyətə başqa çərçivədən baxılmalıdır ”,- deyə ekspert bildirib.

N.İsrafilov qeyd edib ki, bir çoxları da qabaqcadan bilməmiş deyildi ki, istər orta ümumtəhsil məktəblərində, istərsə də ali və orta ixtisas müəssisələrində nəzərdə tutulan müddətdə ənənəvi tədrisə başlanılması heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir.

Bu baxımdan da, bu gün və ya sabah hazırda yaşanan böhranın fəsadları tam aradan qaldırılmayanadək, təhsil müəssisələrində yarana biləcək hər hansı bir çətinliyi, ümumiyyətlə təhsilin keyfiyyətinə təsir göstərə biləcək hər hansı bir təzahürü qabartmaq və ya bunu mübahisə obyektinə çevirmək o qədər də ədalətli mövqe sayıla bilməz:

"Onu da nəzarə almalıyıq ki, əyani təhsilə keçid haqqında qərarın verilməsi, əsasən böyük əksəriyyətin ənənəvi təhsilə keçidin tərəfdarı olması ilə əlaqədar olub. Bu məqsədlə, hətta sorğular vasitəsilə ümumi ictimai rəy belə öyrənilib, ayrı-ayrı və üst-üstə düşən təkliflər nəzərə alınıb. Əsas vəzifə ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki dayanıqlı təhsilə münasibət birmənalıdır. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin. Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, əyani təhsilə keçsək də, distant təhsilə diqqəti azaltmamalıyıq".

Ekspertin fikrincə, hər şey vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalar gözlənilən idi və baş verdi də. Hələ ki, təhsil müəssisələrinin bütövlükdə qapanmasından söhbət gedə bilməz. Yoluxmanın müəyyən artımı həyəcan təbili çalmaq üçün ciddi əsas sayıla bilməz: "Vəziyyət nəzarətdədir. Əsas məsələ, lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Əgər yoluxma sayında kütləvilik artarsa, daha sərt addımlar atmaq barədə düşünmək olar. Distant təhsilin ənənəvini üstələcəyini güman etmirəm, amma yeni çağırışlarla hesablaşmalı olduğumuzu da nəzərdən qaçırmamalıyıq. O ki, qaldı distant təhsilə qismən keçidə, sadəcə onu əlavə edə bilərəm ki, bu heç də bir çoxlarının düşündüyü kimi yeni məsələ deyil. Dünyanın bir çox ali təhsil müəssisələri onu geniş tətbiq edir".

Ölkəmizdə onlayn təhsil formasının rəsmi yaranma tarixi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. Həmin qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda əyani, qiyabi, sərbəst (eksternat) təhsil formaları ilə yanaşı distant (məsafədən) təhsil də mövcuddur.

Müasir zamanın tələblərinə uyğun distant təhsilin geniş tətbiqi, daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Son onillikdə distant təhsilə ehtiyac duymadığımızdan bu müasir təhsilalma formasına elə də lazımı diqqət yetirməmişik. Halbuki, bu müddət ərzində distant təhsilin vacibliyi və zəruriliyi barədə müəyyən çağırışlar da olub. Hazırkı böhran dünyada gözlənilməyən problemlər meydana gətirdikdən sonra insanların birbaşa ünsiyyəti və idarə etmədə müəyyən çətinliklər yarandı. Yəni, həm qapanmalar, həm də məktəblərin "onlayn" tədris sistemi distant təhsilin də önəmini artırdı. Ekspert onlayn tədrisin üstünlükləri barədə hər hansı bir əlavəyə ehtiyac duymur, bunu zamanın çağırışı hesab edir.

Müasir dövrdə texnologiyanın inkişafının təhsil sisteminə təsiri nəticəsində distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb. Başqa sözlə, tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkilolunma forması kimi distant təhsilə keçid edilib.

Əgər nəzərə alsaq ki, distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir - deməli bu düşündüyümüz qədər də sadə və asan həyata keçirilən vəzifə deyil. Digər bir məsələ, distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacib bir hal alıb. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını və yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

"İstənilən halda, mövcud şəraitdə yaranmış və yarana biləcək vəziyyət Nazirlər Kabinetinin müvafiq qərarı və bu qərara uyğun təsdiq olunmuş “Qaydalar” əsasında tənzimlənir və biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq. Hazırda təhsil sahəsində vəziyyətdən çıxış yolu kimi bütün imkanlardan istifadə olunur, özündə klassik və yeni texnologiyaları birləşdirən, “hibrid” adlandırdığımız təhsil formasından, vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda hər hansı bir problem görmürəm" - deyə ekspert əlavə edib.

Əsas odur ki, müvəqqəti vəziyyətlə əlaqədar, hər kəs tərəfindən anlayış və həmrəylik nümayiş etdirilsin, vəziyyət obyektiv qiymətləndirilsin. Alternativ təhsil alma formaları barədə düşünməliyik.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024