Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (17-09-2021, 16:57)
Ali məktəb və kolleclərdə karantin rejimində tədrisin təşkili qaydası dəyişəcək

Ali məktəb və kolleclərdə karantin rejimində tədrisin təşkili qaydası dəyişəcək
"Yaxın günlərdə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili" qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, ənənəvi tədris bərpa olunduğu üçün əvvəllər mövcud olan qərara dəyişikliyin olması gözlənilir: "Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirdik. Universitet rəhbərləri ilə alternativlər barədə müzakirələr aparılır".

Şöbə müdiri deyib ki, təkliflər təxminən budur ki, mühazirə dərslərində auditoriyada tələblərin sayı çoxdursa, bu halda həmin dərslər onlayn keçirilsin: "Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Belə olan halda onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq. Ona görə də təklifləri böyük ehtimal universitetlərin öz öhdəsinə buraxacağıq. Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə təklif etdikləri həll yollarını icra etsinlər".
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024