Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (23-09-2020, 22:38)
BSU-nun professoru “Avropanın Fəxri Alimi” adına layiq görülüb

 

   
Bu günlərdə Bakı Slavyan Universitetinin kollektivi xoş bir xəbər almışdır. BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov  Avropa Təbiət Elmləri Akademiyası, Avropa Universiteti və Avropa Elmi Cəmiyyəti (Hannover, Almaniya) tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Avropanın fəxri alimi” Beynəlxalq Diplomu və Leybnis Ordeninə layiq görülüb. Bundan bir qədər öncə isə, R. M. Novruzov Türk Dünyası elminə və təhsilinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü (akademik) seçilmiş, Beynəlxalq Qızıl Ulduz Medalı ilə təltif olunmuşdu. Mart ayında isə o, Avropa Təbiət Elmləri Akademiyası Elmi Şurasının qərarı ilə adıçəkilən akademiyanın  həqiqi üzvü seçilmişdi. Azərbaycanlı alimin qısa zaman ərzində üç yüksək ada layiq görülməsi elmimizin beynəlxalq səviyyədə uğurlarının davamlı olmasının bariz nümunəsi sayıla bilər.
R.Novruzov Azərbaycanda tanınmış  bir ziyalı ailəsində dünyaya gəlib. Atası tibb elmləri doktoru, professor  Manaf Novruzov respublikamızda səhiyyənin inkişafında xüsusi rolu olmuş görkəmli mütəxəssislərdəndir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftizio-pulmonoloqu, respublika ftiziatr və pulmonoloq həkimləri Assosiasiyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasında vərəm xəstəlikləri üzrə milli əlaqələndiricisi olub. Manaf Novruzov təkcə respublikamızda deyil, həm də onun hüdudlarından kənarda sayılıb seçilən mütəxəssislərimizdən olub. Yüz əllidən çox elmi əsərin müəllifi olan professor Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Azərbaycan Respublikası Vərəm Xəstəlikləri İnstitunda uzun illər elmi-tədqiqat işlərinə rəhbərlik etmişdur.
Belə bir ocaqda dünyaya göz açan Rafiq Novruzovun elmə bağlılığı təsadüfi sayıla bilməz. Tələbəlik dövründən elmi araşdırmalara maraq göstərən gənc filoloqun Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu adlanan təhsil ocağına gəlişi  o zaman üçün xariclə ədəbi-mədəni əlaqələrin yeganə mümkün yoluna yaxın olmaq arzusundan doğmuşdu. 1976-cı ildə bu ali təhsil müəssisəndə fəaliyyətə başlayan R.Novruzov öz zəhmətsevərliyi, qabiliyyəti ilə qısa zamanda kollektivin və rəhbərliyin etimadını qazanaraq vəzifə pillələri ilə sürətlə irəli çəkilmişdir. 1991-ci ildən-1993-cü ilədək indiki BSU-da qiyabi fakültənin dekanı, 1993-cü ildən tədris işləri üzrə prorektor vəzifəsində çalışan R.Novruzov 1997-ci ildə rektor vəzifəsini icra etməyə başlayıb.
O, istedadlı bir alim, qayğıkeş pedaqoq, vətənpərvər ictimai xadim kimi respublikamızdan kənarda da tanınır və sevilir. R.Novruzov dünyanın harasında olursa olsun həmişə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrmizin, xalqımızın yaradıcı dühasının təbliğatçısı və tərənnümçüsü kimi çıxış edib. O, Belorus Dövlət Pedaqoji Universiteti, Kiyev Milli Linqivistik Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə rəhbərlik edərkən tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ictimai-fəlsəfi tariximizlə bağlı geniş mühazirələr oxumuş, gənclərə Azərbaycan elmini, mədəniyyətini sevdirməyə çalışmışdır.
Alimin maraq dairəsinə fəlsəfə, ilahiyyat, mədəniyyətşünaslıq, antropologiya, ezoterika, müqayisəli ədəbiyyatşünaslıq və dilçilik, tərcüməçünaslıq və digər elm sahələri daxildir. R.Novruzov hansı sahədən yazırsa yazsın özü özünün mayakıdır, fikirlərinin cəsarəti və özünəməxsusluğu, mühakimələrinin dərinliyi ilə ilk cümlədən oxucunu sehrləyir və inandırır. Məsələn, alim əksər halda dualizmin əsas ilhamçısı kimi təqdim edilən Zərdüştün fəlsəfəsini şərh edərkən birdən-birə onu az qala “bir çox dini ənənələrdə monoteizm, Vahid Allaha xidmət ideyasının banisi” kimi dəyərləndirir. Həm də o, bu fikri sadəcə ehkam olaraq irəli sürmür, onun dərin araşdırmalar aparır, polemikalara girir və fikrini sübut edir.
R.Novruzov həmçinin tərcüməçünaslığın problemləri ilə məşğul olarkən sadəcə nəzəri məsələlər üzərində qalmır, o, gənclər auditoriyasının hazırlığını nəzərə alaraq hər bir tezisini praktiki nümunələrlə əsaslandırır. Yeri gəlmişkən qeyd edək ki, alim həm də bir çox tərcümələrin müəllifidir.
R.Novruzovun əsərləri dünyanın müxtəlif ölkələrində və müxtəlif dillərdə nəşr olunmuşdur. 2006-cı ildə Moskvada alimin “Şərq ornamenti”, 2013-cü ildə Almaniyada “Unudulmuş peyğəbərin qayıdışı” və “Qərb-Şərq sintezinin palitrası” adlı kitabları çap olunmuşdur.
1999-cu ildə Rusiya Federasiyasının A.S.Puşkin adına medalı ilə təltif olunan alimin bu günlərdə Türkiyə və Avropanın nüfuzlu mükafatlarına layiq görülməsi bizim hər birimiz üçün həm sevindirici və qürurverici xəbərdir. Alimimizi təbrik edirik!  
İbrahim Quliyev  шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024