Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (15-02-2019, 10:39)
AzDAU-nun əməkdaşları “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimdə iştirak ediblər

 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.
Cari layihə çərçivəsində ingilis dilində təşkil olunmuş üç günlük “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlim 13 fevral 2019-cu il tarixdə uğurla yekunlaşmışdır. Belə ki, təlim, Böyük Britaniyanın Newcastle Universitetinin Biznes Məktəbinin təlimçisi xanım Andrea Lane tərəfindən təşkil olunmuşdur. Təlim iştirakçıları isə layihə çərçivəsində pilot olaraq seçilən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Bakı Mühəndislik Universiteti (BMU) vəAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimləri olmuşdur.
Azərbaycan Dövlət Aqrar Universitetindən sözügedən təlimdə müsabiqə yolu ilə seçilmiş müəllimlər siyahısına Elmir Mahmudov, Xanım Yusifova və Səbinə Hacıyeva daxildir. Təlim müddətində iştirakçılara sahibkarlığın tədrisi zamanı innovativ təlim üsulları və alətləri, Böyük Britaniyanın Newcastle Universitetinin Biznes Məktəbinin və bu sahədə beynəlxalq təcrübə təqdim olunaraq öyrənilmişdir.
Cari layihənin ilkin fazasında pilot olaraq seçilmiş universitetləri təmsil edən müəllimlər içərisindən müəyyən ediləcək ən uyğun 6 nəfər müəllimin bu ilin may ayında İngiltərənin Newcastle Universitetinin Biznes Məktəbinə təcrübə və təlimin ikinci mərhələsi olaraq səfərin təşkili haqqında İİTKM-nin Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov bildirmişdir. Bunlarla yanaşı layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn İngilis dili kursları haqqında maarifləndirmə tədbirləri fevral ayından etibarən başlanması da məlumat verilmişdir.
Təlimin sonunda iştirakçılar ilə görüşən İİTKM-nin İcraçı direktoru Vüsal Qasımlı təlimin əhəmiyyətindən, onun ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün faydalı olacağından əmin olduğunu bildirmiş, Mərkəzin gördüyü uğurlu işlər haqqında məlumat vermişdi.
Təlim, iştirakçılara sertifikat təqdimatı və xatirə şəklinin çəkilişi ilə yekunlaşmışdır.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024