Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-02-2019, 20:24)
Əlyazmalar İnstitutunda Gənclər günü qeyd olunub

AMEA Məhəmmıd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan gəncləri gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov və elmi katib fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli Gənclər Günü münasibətilə gənc əməkdaşları təbrik edib, onlara həyatda və elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, institut rəhbərliyi tərfindən gənclərə daim xüsusi diqqət və qayğı göstərilməsindən danışıb və gənclərin də hər zaman bu etimadı doğrultduğunu vurğulayıb.
Sonra söz alan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Aytən Quliyeva Ümummilli Lider Heydər Əliyevin xüsusi Sərəncamı ilə təsis ediləm bu bayram gününün tarixi əhəmiyyətindən bəhs edib. O, Ümummilli Liderin əsasını qoyduğu Dövlət gənclər siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncləri 2017-2021-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının Respublikada gənc nəslin hərtərəfli inkişafına böyük töhfələr verdiyini qeyd edib və gənc alimlər üçün böyük perspektivlər yaratdığını bildirib.
Tədbirdə çıxış edən fil.ü.f.d. Tünzalə Seyfullayeva Gənc Alim və Mütəxəssislər Şurasının gənclərin qarşısına qoyduğu vəzifələrdən söz açıb. Tədbirin sounda çıxış edən ilah.ü.f.d., dosent Əkrəm Həsənov isə AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının yaranması tarixindən və onun son illər ərzində gördüyü işlərdən danışıb. O, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən Büro üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda gənclər xatirə şəkli çəkdiriblər.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024