Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (30-01-2019, 17:14)
BSU-da Azərbaycan Gənclər Günü qeyd olunur

Yanvarın 30-da Bakı Slavyan Universitetində 2 fevral Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Himinin ardından çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi strateji addımlar onun layiqli davamçısı olan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində reallığa çevrilib. O, Ulu Öndər Heydər Əliyevin gənclərə daim qayğı ilə yanaşdığını və bu gün qeyd edilən Gənclər Gününün də həmin qayğının təzahürü olduğunu bildirib. R.Novruzov gənclərin öz fəaliyyətləri ilə bu etimadı hər an doğrultduğunu və Prezident İlham Əliyevi daim dəstəklədiyini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində mətanət və ləyaqətlə dayandığını vurğulayıb. O, hər bir gəncin bu gün Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyduğunu deyib. Professor müstəqilliyin böyük nemət olduğunu və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yeirməyə çağırıb.
Sonra söz tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanovaya verilib. X.Sultanova çıxışında Gənclər Gününün yaranma tarixi barədə qısa məlumat verib. O qeyd edib ki, Bakı Slavyan Universitetinin gəncləri ölkəmizdə keçirilən bütün daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər.
Tədbir çərçivəsində universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən 30 tələbəyə təşəkkürnamə təqdim olunub. Sonra II kurs tələbəsi Səfiyyə Mustafayeva BSU-nun Mətbuat Xidmətinin rəhbəri,dosent İbrahim Quliyevin müəllifi olduğu "Azərbaycan gəncləri" şeirini səsləndirib.
Tədbirin davamında Gənclər Günü ilə bağlı məruzələr dinlənilib. BSU-nun Pedaqogika üzrə fəlsəfə doktoru,baş müəllim Günay Vəliyeva “Uğurlu və xoşbəxt Azərbaycan gəncliyi”, YAP Gənclər Birliyinin BSU üzrə sədri, IV kurs tələbəsi ŞirinHüseynzadə və YAP-ın fəal üzvü, I kurs tələbəsi Ayxan Əzizov “BSU- nun bizə qazandırdığı uğur”, YAP Gənclər Birliyinin BSU üzrə sədr müavini, II kurs tələbəsi Münasib Əliyev “Azərbaycan gəncləri idman arenalarında”, YAP-ın fəal üzvü, I kurs tələbəsi İradə Cəfərova “Heydər Əliyevin gənclərə verdiyi dəstək”, III kurs tələbəsi Əhməd Əhmədov “Azərbaycan Gəncləri” mövzularında çıxış edib.
Sonda BSU tələbələrinin ifasında vətənpərvərlik ruhlu şeir və mahnılar səsləndirilib.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024