Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-11-2018, 10:27)
Əlyazmalar İnstitutu yeni əlyazma əldə edib

 Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclic kitabxanasından XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahin (1392-1450) hökmdar Teymurun hakimiyyətinə həsr edilmiş “Əcaib əl-məqdur” əsərinin Seyid Hüseyn adlı şəxs tərəfindən dilimizə edilmiş tərcüməsinin surətini əldə edib. 1392-ci ildə Dəməşqdə dünyaya gəlmiş ibn Ərəbşahı Teymur uşaq ikən Səmərqəndə aparıb. O, Teymurun ölümündən sonra Səmərqənddən gedərək bir müddət Osmanlı imperatoru I Mehmedin yanında xidmət etmiş, sonra Teymurun hakimiyyətinə dair “Əcaib əl-məqdur” adlı əsər yazıb. Qısa müddətdə məşhur olan əsər 1636-cı ildə ərəb dilində Leydendə, 1658-ci ildə fransız dilndə Parisdə çap edilib. Əsərin Seyid Hüseyn tərəfindən dilimizə edilmiş tərcüməsinin 141 vərəqdən ibarət əlyazmasını paleoqrafik cəhətdən XVIII əsrə aid etmək olar.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun İctimaiyyətlə əlaqələr şöbəsi
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024