Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (12-11-2018, 14:46)
BSU-da beynəlxalq seminar öz işinə başlayıb

Noyabrın 12-də Bakı Slavyan Universitetində Rus dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiyasiyası (MAPRYAL) və universitetin birgə təşkilatçılığı ilə “Rus dili məktəb və ali tədris müəssisələrində xarici dil kimi: dil təliminin intensivləşmə yolları” adlı Beynəlxalq elmi-praktik seminar keçirilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva seminarı açaraq BSU-nun keçdiyi yoldan, tədris prosesindən, hazırki şəraitdə rus dili və ədəbiyyatının tədrisi istiqamətində həyata keçirilən tədbirlərdən, universitetin beynəlxalq əlaqələrindən, slavyanşünaslığın inkişafı üzrə layihələrdən danışıb. Prof. N.Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində gördüyü işlər, təhsil sahəsində birgə layıhələr barədə məlumat verıb. O, Rusiya Federasiyasının Prezidenti V.V.Putinin BSU-nun Fəxri doktoru olduğunu xatırladıb. BSU rektoru rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsinin olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim olunduğunu və eyni zamanda Azərbaycan yazıçı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyaya çıxdığını bildirib. Sonra rektor BSU-nun Rusiyanın 28 universiteti ilə əməkdaşlıq müqavilələrinin olduğunu, birgə konfranslar, seminarlar keçirildiyini, tələbə-müəllim mübadiləsi aparıldığını bildirib. O, eyni zamanda qonşu ölkənin bir çox ali təhsil olcaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb. Rektor BSU-da Moskva və Sankt Peterburq mərkəzlərinin fəaliyyət göstərdiyini, burada gənclərin təkcə rus dilini deyil, həm də rus xalqının tarixini, mədəniyyətini, etnoqrafiyasını və ədəbiyyatını öyrəndiyini bildirib.
Sonra söz alan Rusiya Humanitar missiyasının rəhbəri Tatyana Orlova səmimi qəbula görə və elmi-praktik seminarın keçirilməsinə şərait yaratdığına görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanla Rusiya arasında münasibətlərin bütün zamanlarda qarışıllqlı etimad və etibara söykəndiyini qeyd edib. T.Orlova BSU-da rus dilinə xüsusi diqqət yetirilməsinə dəfələrlə şahid olduğunu söyləmiş və tələbələrin hazırlıq səviyyəsindən razılığını qeyd etmişdir. O, bu ənənənin gələcəkdə də davam etməsinin vacibliyini vurğulayıb.
MAPRİAL-ın Baş katibi Natalya Brunova BSU-nun qapılarının elmi müzakirələrə, diskussiyalara həmişə açıq olmasının şahidi olduğunu bildirib. O, keçən il rus dilinin tədrisi məsələləri ilə bağlı Beynəlxalq konfransa BSU-nun ev sahibliyi etməsini və MAPRİAL-ın və Rusiya Təhsil Akademiyasının prezidenti akad. Lyudmila Verbitskayanın rəhbərliyi ilə nüfuzlu Rusiya nümayəndə heyətinin qatıldığı həmin tədbirdə son dərəcə səmərəli təkliflərin irəli sürüldüyünü xatırladıb. Tədbir daha sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun moderatorluğu ilə davam etmişdir.
Beynəlxalq seminar sabah da öz işinə davam edəcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024