Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (7-11-2018, 14:50)
ADAU-nun fakültələrində bayraq günü qeyd edilib Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim.

Bu misralar Azərbaycan Dövlət Aqrar Universtetinin fakültələrində keçirilən tədbirlərdə səslənib. Aqronomluq, Baytarlıq təbabəti və zoomühəndislik, Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat, Aqrotexnologiya və Mühəndislik fakültələrində 9 noyabr Dövlət Bayrağı Gününə və 12 noyabr Konstitusiya Gününə həsr edilən tədbirlər Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov, aqronomluq fakültəsinin dekanı, dosent Məhərrəm İsmayılov, İctimai elmlər və multikulturalim kafedrasının müdiri, professor Azad Bayramov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova, Dillər kafedrasının müdiri, dosent Aidə Həsənova çıxış edib, bayrağımızın müqəddəsliyi, konstitusiyamızın humanistliyi haqqında danışıblar.

Universitetin mətbuat xidmətinin xəbərinə görə rektor İbrahim Cəfərov keçirilən tədbirlərin hamısında iştirak edib və bildirib ki, Bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşın üzərinə ciddi mənəvi məsuliyyət qoyur.

Professor Azad Bayramov çıxışında vurğulayıb ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Artıq 9-cu ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Digər çıxış edənlər isə deyib ki, Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi bir ənənənin əsası qoyulmuş oldu. Həmçinin bildirilib ki, Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük vəzifəyə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içir. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir.

Sonda isə tələbələr tədbir iştirakçılarına Dövlət Bayrağı Gününə və 12 noyabr Konstitusiya Gününə həsr olunan şerlər və musiqi parçaları təqdim edib.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024