Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (31-10-2018, 19:20)
Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti BSU-da olub

Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti BSU-da olub

 

Oktyabrın 31-də Bakı Slavyan Universitetində (BSU) VI Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar ölkəmizə gələn Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova ilə görüş keçirilib.

Görüşdə Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Eyvazova, BSU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova əvvəlcə məzunu olduğu universitetə qonaq kimi dəvət aldığına görə BSU rəhbərliyinə minnətdarlıq edib. M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu ilə bağlı xatirələrini bölüşən M.Vahabova gənclərə  tələbəlik illərinin qədrini bilməyi, dövlətin gənclər üçün yaratdığı şəraitdən düzgün yararlanmağı tövsiyə edib.

Sonra qonaq Nyu York Azərbaycan Evi və Nyu York Azərbaycan Qadınlar Cəmiyyətinin fəaliyyəti barədə iştirakçılara məlumat verib. O,  rəhbərlik etidiyi cəmiyyətin Azərbaycanla bağlı Nyu Yorkda keçirilən tədbirlərin əsas təşkilatçısı olduğunu deyib. Qonaq bildirib ki, bütün əlamətdar günlərdə, aksiyalarda, anım tədbirlərində Azərbaycanın tarixi həqiqətləri, milli-mənəvi dəyərləri təbliğ olunur. M.Vahabova öz təşəbbüsü ilə Nyu Yorkda açılan “Azərbaycan” restoranından da söz açıb. O deyib: “Buranın restoran kimi fəaliyyət göstərməsi ikinci dərəcəlidir. Bu məkan Azərbaycanın, onun mətbəxinin tanınması üçün böyük işlər görür, onu xaricilərə tanıdır. Azərbaycan xalqı çox qonaqpərvərdir. Xalqımızın mətbəxi, musiqisi, tarixi  çox zəngindir. Biz bunları tanıtmaq istəyirik”.

Görüşün davamında Münəvvər Vahabova BSU tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Söhbət zamanı Bakı Slavyan Universitetinin fəaliyyətini və tələbələrin təhsil səviyyəsini, intellektini yüksək qiymətləndirən qonaq universitetlə müştərək tədbirlər təşkil etmək fikrini də açıqlayıb.

Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti BSU-da olub

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024