Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (25-09-2018, 14:57)
ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə görüşüb

ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan  1-ci kurs tələbələri ilə görüşüb

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU-nun Aqronomluq fakültəsinin bаkаlаvr pilləsinin 1-ci kurs tələbələri ilə görüşüb.

 

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə görüşdə, prorektorlar, fakültə dekanı, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.

Aqponomluq fakültəsinin qəbul göstəricilərini yüksək qiymətləndirən rektor İbrahim Cəfərov bildirib ki, universitet onu seçən gənclərin ümidini, arzularını doğrultmalıdır və biz çalışacağıq sizi Azərbaycana, onun dövlətinə, xalqına layiqli vətəndaşlar kimi formalaşdıraq, aqrar sahənin kadr bazasını əldə etdiyiniz biliklə gücləndirək. Sevindirici və qürurverici haldır ki, bir vaxtlar 3-5 nəfərin qəbul olduğu fakültəyə bu il 338 tələbə daxil olub. Deməli, aqronom problemi yaxın bir neçə ildə həllini tapacaq. Rektor onu da əlavə edib ki, universitetdə son 5 ildə çox böyük işlər görülüb. Savadlı kadr hazırlamaq üşün tam şərait yaradılıb. Əsas vəzifəmiz isə dəyərli kadrlar hazırlamaqdır. Bunun üçün də praktika ilə nəzəriyyəni uzlaşdırmaq lazımdır.

Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, kafedra müdiri Aygün Həsənova bildiriblər ki, bu gün əldə edilən uğurlar təsadüfi deyil. Bu uğurlar gərgin zəhmətin, yüksək intellektin hesabına əldə edilib və siz tələbələrin biliyi, bacarığı da inkişafımıza töhfə olacaq.

Görüşdə universitetin professor-müəllim heyəti ilə tələbələr arasında davamlı xoş münasibətlərin qurulduğu xüsusi vurğulanıb, tələbələr üçün yaradılan şəraitdən danışılıb, keçirilən tədbirlərdən, layihələrdən, dil biliklərinin olmasının vacibliyindən bəhs edilib.

Çıxış edən tələbələr isə öz növbəsində yaradılan şəraitdən yüksək səviyyədə bəhrələnəcəklərini söyləyib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024