Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (5-09-2018, 21:53)
İsrailli alimlər Əlyazmalar İnstitutunda

İsrailli alimlər Əlyazmalar İnstitutunda

 

Bu günlərdə İsrail Bar-İlan Universitetinin əlyazmaşünas alimləri professor Zohar Amar və doktor Yaron Serri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli qarşılayıblar. Bar-İlan Universitetinin “İsrailşünaslıq” kafedrasının professorları orta əsr əlyazmaları əsasında tibbin tarixini, dünyanın bitki örtüyünü öyrəndiklərini bildiriblər. Onlar həm də Əlyazmalar İnstitutunda mühafizə olunan tibbi dair qədim ərəbdilli əlyazmalarla maraqlandıqlarını vurğulayıblar. Qonaqlara YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısında yer almış tibbə dair 3 nəfis əlyazma ilə tanışlıq imkanı yaradılıb.

Sonra israilli alimlər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov onlara binanın və Əlyazmalar İnstitutunun tarixi, burada qorunan əlyazmalar haqqında məlumat verib. Sonda professor Zohar Amar və doktor Yaron Serri institutun rəy kitabına öz ürək sözlərini yazmış və xatirə şəkli çəkdirmişlər.

 

M.Füzuli adına Əlyazmalar İnstuitunun

ictimaiyyətlə əlaqələr şöbəsi

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024