Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (12-07-2018, 12:01)
SDU-nin numayəndə heyəti UDNTU-da keçirilən II olimpiada uğurla təmsil olundu

SDU-nin  numayəndə heyəti  UDNTU-da keçirilən II olimpiada uğurla təmsil olundu

 

Müxtəlif olimpiadaların, simpozium və konfransların təşkili beynəlxalq əlaqələrin inhişafına təkan verməklə yanaşı, tələbələrin biliklərinin üzə çıxaran amillərdəndir.

Mayın 19-dan 26-dək Azərbaycan-Rusiya ali məktəblər Assosiasiyası üzvlərinin ikitərəfli tədbirlərin həyata keçirilməsi çərçivesində SDU-nin Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovun rəhbərliyi ilə bir qrup tələbə: Nicat Hüseynov, Pərvin Məhərrəmova, Vüsal Əhmədov Başqırdıstan Respublikasının Ufa Dövlət Neft Texniki Universitetində “Kimya sənayesinin proses və aparatları” fənnindən II Beynəlxalq olimpiadasında iştirak etdilər. Tələbələrin aktivliyi və çalışqanlığı münsiflər heyəti və UDNTU-nun rektoru professor Ramin Baxtizin tərəfindən sertifikata layiq görüldülər və SDU-nun rektoru professor Elxan Hüseynova təşəkkürnamə məktubu ünvanlandı.

Nümayəndə heyəti səfər zamanı Rusiya Elmlər Akademiyasının Kataliz və Neft Kimyası İnstitutunun direktoru Usein Cemilovla, REA Neft Kimya Prosesleri İnstitutunun rəhbərliyi ilə görüşdülər, institutların tədqiqat laboratoriyaları ilə tanış oldular. Həmçinin UDNTU-nun rektoru prof. R.N.Baxtizinlə, prorektor O.A.Baulinlə, fakültə dekanı Marat Novruzoviçlə, D.İ.Mendeleyev adına Kimya Texnologiya Universitetinin kafedra müdiri professor Leonid Raviçevlə, Qubkin adına Neft-qaz Universitetinin dosenti, ELİS TEC Elmi işlər üzrə direktoru Valeriy Andrikanislə, İrkutsk Dövlət Texniki Universitetinin kafedra müdiri professor Svetlana Dyaçkova ilə, Perm Milli Tədqiqat Politexnik Universitetinin kafedra müdiri professor Yevgeniy Moşevlə və s. görüşlər keçirildi, əlaqələr yaradıldı, elmin inkişafi istiqamətində bir sıra təkliflər irəli sürüldü.

Kafedra müdiri Tatyana Rudolfovna SDU-nin nümayəndə heyətini Ufa şəhərində olduğu müddətdə daima onlara dəstək oldu. Nümayəndə heyəti Ufa şəhəri ilə yaxından tanış oldular, filarmoniya və mədəniyyət evində keçirilən konsertlerdə iştirak etdi və xoş təəssüratlarla vətənə döndü.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024