Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (30-06-2018, 12:28)
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Əlyazmalar İnstitutunda olub

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Əlyazmalar İnstitutunda olub

 

29 iyun 2016-cı il tarixində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, məşhur mətnşünas alim, filologiya elmləri doktoru, professor Şöhrət Səmərəddin oğlu Siracəddinov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Qonağı Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılayıblar. A.Əliyeva-Kəngərli qonağa Əlyazmalar İnstitutunun tarixi, institutda qorunan əlyazmalar, aparılan elmi tədqiqat işləri, əlyazmaların bərpası və elektronlaşdırılması haqqında müfəssəl məlumat verib. P.Kərimov isə Əlyazmalar İnstitutunda Özbəkistan və Azərbaycan ədəbiyyatı əlaqələri mövzusunda aparılan tədqiqat işləri haqqında verib.

Professor Şöhrət Siracəddinov da öz növbəsində Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəaliyyəti, ixtisas istiqamətləri haqqında söhbət açıb, bu ali təhsil ocağının ölkə əhəmiyyətli bir ideoloji mərkəz və Özbəkistanda mövcud olan əlyazma abidələrinin toplandığı vahid məkan olduğunu nəzərə çatdırıb. O, bildirib ki, M.Füzuli adına Əlyazmalar İnstitutu ilə ötən il imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində iki elm-tədqiqat müəssisəsi birgə layihə icra edə bilər. Belə ki, Əlyazmalar İnstitutunda mühafizə olunan Əlişir Nəvainin sağlığında, öz rəhbərliyi altında köçürüldüyü güman edilən “Divan”ının Bakı nüsxəsinin fotofaksimelesinin çapına nail olmaq həm hər iki müəssisənin, həm də hər iki xalqın mədəniyyətinin təbliği baxımından əhəmiyyətli ola bilər.

Sonra qonaq Əlyazmalar İnstitutunun Ekspozisiya zalında olub, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov qonaqları burada sərgilənən əlyazma abidələri ilə tanış edib, fondda mühafizə olunan nadir əlyazmalar haqqında məlumat verib. Professor Şöhrət Siracəddinov Əlyazmalar İnstitutunda mühafizə olunan Əlişir Nəvainin əsərlərinin siyahısı ilə və ən qədim nüsxələri ilə tanış olub. Sonra qonaq xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, qonağı Özbəkistan Elmlər Akademiyasının Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun əməkdaşı Gülnaz Səttarova da müşayiət edib.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
15 07 2018