Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (27-04-2018, 17:17)
BSU-da akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirili

BSU-da akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirili

 

27 aprel 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının BSU ilə birgə təşkil etdiyi akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş “Milli-mənəvi tariximizin örnəyi” adlı tədbir keçirilib. Tədbirdə YAP Qadınlar Şurasının idarə heyətinin üzvləri, millət vəkilləri, təşkilat və müəssisə rəhbərləri, digər rəsmi şəxlər iştirak ediblər. Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmiş, onların heykəlləri önünə əklil və çiçək dəstələri qoymuşlar.

Sonra tədbir Bakı Slavyan Universitetində rəsmi hissə ilə davam edib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, BSU-nun rektoru professor Nurlana Əliyeva çıxışında akademik Zərifə Əliyevaya həsr etdiyi “Nur heykəli” adlı geniş məruzə ilə çıxış edib. N. Əliyeva akademik Zərifə Əliyevanın Azərbaycan tarixində, ölkənin milli-mənəvi həyatında mühüm rol oynadığını bildirib. Rektor deyib ki, Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinion mücəssiməsi olan Zərifə xanım Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaqdır. “O, öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə çevrilib. Zərifə Əliyeva bir çox sahələrin pioneri olub, uşaq və gənclərin inkişafı üçün onlara hər zaman dəstək göstərib. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. О, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olub”.

N.Əliyeva Ulu öndərlə Zərifə xanımın müqəddəs sevgisinin ağır repressiya illərində dəfələrlə sınaqdan keçdiyini bildirib.

Görkəmli akademikin həyat yolunu Azərbaycan tarixinin ən gözəl səhifələri kimi qiymətləndirən N.Əliyeva alimin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan da danışıb. Nurlana Əliyeva bildirib ki, görkəmli oftalmoloqun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Tədbir ədəbi-musiqili kompozisiya ilə davam edib. Bədii hissədə akademik Zərifə Əliyevanın həyat yoluna həsr olunmuş sənədli film nümayiş olunub. BSU-nun

gənc istedadları ana, vətən, Azərbaycan haqqında mahnılar səsləndirib, “Arzu” rəqs ansamblı isə tamaşaçılara milli rəqslərimizi təqdim edib. Sonda xalq artisti Yalçın Rzazadə çıxış edərək tədbir barədə öz təssüratlarını bölüşmıəklə yanaşı, bir neçə mahnı ifa edib

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024