Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (24-04-2018, 11:56)
Press-reliz

Press-reliz

 

24 aprel 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda “Azərbayca mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına həsr olunub. Plenar iclasa çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Prezident İlham Əliyevin Sərəncamı 31 mart soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramın göstəricisidir. O, bildirib ki, erməni millətçiləri zaqman-zaman tarixi situasiyadan istifadə edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Belə soyqırımlarından biri də 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilib. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin göstərişi ilə erməni daşnak silahlı dəstələri minlərlə insanı amansızlıqla məhv edib. Bakı şəhərində, digər şəhər və qəzalarda etnik və dini mənsubiyyətə görə qətllərlə yanaşı, tarixi, mədəni abidələrimiz, məscidlərimiz dağıdılıb. Ermənilərin xalqımıza qarşı törətdiyi bu cür faciələrin araşdırılması və dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladılıb. 1998-ci il martın 26-da Ulu öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi

nəticəsində xalqımız, xüsusən gənclər tarixi gerçəklikləri daha dərindən öyrənə biliblər.

Akademik Teymur Kərimli isə deyib ki, XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dörd dəfə böyük soyqırımı aktı törədilib və deportasiya həyata keçirilib. Bunlar 1905-1907, 1917-1920, 1948-1953 və 1988-1994-cü illəri əhatə edir. Bu soyqırımı cinayətlərindən ən dəhşətlisi 1918-ci ildə törədilmiş 31 mart soyqırımıdır. Həmin gün Bakıda təkcə Bakıda 12 min, Şamaxıda 23 min, Zəngəzurda 10 mindən çox, Şərur-Sədərək bölgəsində 18 mindən çox, Dərələyəz bölgəsində 50 mindən çox türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları təhqiqat və istintaq materialları ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Bu gün həmin sənədlər tam şəkildə ortaya qoyulur, ölkə və dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan Prezidentinin Sərəncamı bu proseslərə böyük təkan vermişdir.

Sonra fil.ü.e.d. professor Aybəniz Əliyeva Kəngərlinin “Erməni vandalizmi”, fil.ü.e.d., professor Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərtdə (Əlyazmalar İnstitunun materialları əsasında)”, fil.ü.e.d., professor Gülbəniz Babaxanlının “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, fil.ü.e.d., professor Kamandar Şərifovun “Məhv edimiş kitabxana”, fil.ü.e.d. professor Nailə Səmədovanın “Qanlı hadisələrin xatirələrdə əksi” , fil.ü.f.d.dosent Əzizağa Nəcəfovun “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində martsoyqırımı faktları” adlı məruzələri dinlənilmişdir.

Konfrans günün ikinci yarısında bölmələrdə davam etmişdir.

AMEA Məhəmməd Füzuli adına

Əlyazmalar İnstitunun İctimaiyyətlə Əlaqələr şöbəsi

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024