Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-04-2018, 14:16)
ADAU-da "Elektron kənd təsərrüfatı" ilə bağlı tədbir keçirilib

ADAU-da "Elektron kənd təsərrüfatı" ilə bağlı tədbir keçirilib

 

Ölkədə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) potensial imkanlarından istifadə ilə bağlı təhsil müəssisəsində tədbir keçirilib.

ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, tədbiri giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor deyib ki, universitetin maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri çərçivəsində informasiya texnologiyaları avadanlıqları, proqram və sürətli internetlə təminat, müvafiq ixtisaslar, o cümlədən “yerquruluşu, torpaq və şəhər kadastrı”, “informasiya texnologiyaları” ixtisasları üzrə mütəxəssis hazırlığının aparılması universitetdə bu sahədə böyük imkanların olduğunu deməyə əsas verir. Xüsusilə yeqruluşu və informasiya texnologiyaları kafedralarının müasir avadanlıqlarla və proqramlarla təminatı, elmi-pedaqoji kadrların mövcudluğu, beynəlxalq səviyyəli layihələrin icrası qeyd olunan sahə üzrə kifayət qədər təcrübənin formalaşmasına səbəb olub. Bütün bu imkanlardan səmərəli istifadə etməklə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin komponentlərinin uğurla icrasına dəstək universitetin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun, Elm və Təhsil şöbəsinin müdiri Namiq Məmmədovun iştirakı ilə keçirilən görüşdə universitetin müvafiq sahə üzrə müəllimləri, bakalavr və magistrant tələbələri, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorları iştirak ediblər.

İlham Bayramov tədbirdə çıxış edib və "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması prioritetləri, komponentləri, Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilən və ən müasir avadanlıqlarla təchiz olunan inzibati-laboratoriya binaları, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilən İnformasiya texnologiyaları infrastrukturu, “İnteqrasiya olunan nəzarət sisteminin” (IACS) prinsiplərinə əsaslanan “Subsidiya və siyasətə dair informasiya sistemi”, aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrınin tərtib edilməsi, informasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan informasiya və kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və digər məsələlər barədə danışıb.

Sonra "Elektron kənd təsərrüfatı" sisteminin məlumat bazasının formalaşdırılması üçün tələblər, bu istiqamətdə universitetlə əməkdaşlıq imkanları, o cümlədən müvafiq sahə üzrə mütəxəssislərin, bakalavrların, magistrantların, doktorantların prosesə cəlb edilməsi və onlara təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024