Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (30-03-2018, 18:52)
ADAU-nun rektoru IELTS sertifikatlarını tələbələrə təqdim etdi

ADAU-nun rektoru IELTS sertifikatlarını tələbələrə təqdim etdi

 

Mediatv.az xəbər verir ki  Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dilinin tədrisi və bu dildə qrupların yaradılmasına xüsusi önəm verilir. Aqrar iqtisadiyyat və aqronomluq fakültələrində ingilis dilli qruplar fəaliyyət göstərməkdədir.

Bu məqsədlə ingilis dilində təhsil səviyyəsinin – həm tələbə, həm də professor-müəllim heyətinin ingilis dili bacarıqlarının inkişaf etidirlməsi yolunda müxtəlif uğurlu addımlar atılır. Azərbaycan Dövlət Aqrar Universiteti və British Council təşkilatı Bakı ofisi arasında mövcud əlaqələrin gücləndirilməsi də bunun əyani göstəricisidir. British Council təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytın Azərbaycan Dövlət Aqrar Universitetinə etdiyi səfərdə qərara alınmışdı ki, ingilis dilinin daha mükəmməl öyrədilməsi üçün Aqrar universitedə təlim mərkəzi təsis edilsin. Həm müəllimlər, həm də tələbələr bu mərkəzdən dil biliklərini artırmaq üçün istifadə etsinlər.

Bu məqsəddən irəli gələrək Gəncədə ilk dəfə British Councilin təşkilatçılığı ilə universitetin müəllim və tələbə heyətinə İELTS səviyyə imtahanı keçirilmişdir. 6 nəfər universitet əməkdaşının İELTS imtahan haqqının 50 faizi, tələbələrin isə imtahan haqqının 100 faizi universitetin rektoru, AMEA-ın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə universitetin büdcədən kənar vəsaiti hesabına ödənilmişdir. ADAU-dan 30 nəfər imtahanda iştirak etmiş, imtahan isə ADAU-nun mühəndislik korpusunda keçirilmişdir. İmtahanda tələbələrimiz ümumilikdə yaxşı nəticə göstərmiş, ən

yüksək bal toplamış tələbələrin İELTS sertifikatları rektor tərəfindən tələbələrə təqdim edilmişdir. Tələbələr onlar üçün yaradılmış bu şəraitə və qayğıya görə universitetin rektoruna minnətdarlıqlarını çatdırdılar.

Tələbələrlə görüşündə universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imtahanda iştirak etmiş tələbələri əldə etdikləri nəticələrə görə təbrik etmiş, onlardan gələcəkdə daha böyük uğurlar gözlədiyini bildirmişdir.

Sonda tələbələrlə xatirə şəkli çəkilmişdir.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024