Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (16-03-2018, 16:21)
Rusiyanın görkəmli dövlət xadimi BSU tələbələri qarşısında mühazirə oxuyub

Rusiyanın görkəmli dövlət xadimi BSU tələbələri qarşısında mühazirə oxuyub

 

Rusiyanın görkəmli partiya və dövlət xadimi, Rusiya Federasiyasının birinci və sonuncu dövlət katibi, sabiq Prezident Boris Yeltsinin əsas müttəfiqi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olub. Qonağı universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, beynəlxalq şöbənin müdiri Ülviyyə Abbasova və digər şəxslər qarşılayıbla.

R.Novruzov universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışıb. O, hazırda BSU-da bir çox ölkələrdən gəlmiş tələbələrin rus dilini və rus ədəbiyyatını öyrəndiyini bildirib. Tədris işləri üzrə prorektor, professor T.Cəfərov SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikalarının əksəriyyətində rus dilinə maraq azaldığı halda, Azərbaycanda bu marağın ildən-ilə artdığını bildirib. O, Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulayıb.

Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu söyləyib: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir. Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”.

Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirib. O, artıq imperiyalar dövrünün başa çatdığını qeyd edib. Bununla

bərabər, politoloq qeyd edib ki, dünya birqütblüü olmaq əvəzinə, mürəkkəb və çoxqütlü olub.

Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış etmiş, onlara müasir dünyadakı real vəziyyətdən, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və suallara cavab vermişdir.

 

Rusiyanın görkəmli dövlət xadimi BSU tələbələri qarşısında mühazirə oxuyub

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024