Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (23-02-2018, 15:14)
ADAU-NUN FAKÜLTƏLƏRİNDƏ VƏ TƏLƏBƏ EVİNDƏ XOCALI FACİƏSİNİN DƏHŞƏTLƏRİ DİLƏ GƏTİRİLİB

ADAU-NUN FAKÜLTƏLƏRİNDƏ VƏ TƏLƏBƏ EVİNDƏ  XOCALI FACİƏSİNİN DƏHŞƏTLƏRİ DİLƏ GƏTİRİLİB

 

Xocalı faciəsi nə qədər acı olsa da hər il onu xatırlamaq yaddaşların təzələnməsi, tarixi həqiqətlərin yenidən dilə və gündəmə gətirilməsi kimi də qiymətli, dəyərlidir. Xalq bir də onda məğur görünür ki, taleyinə yazılan acılarda sabahına boylanır və atacağı addımı düşünür və qisas alacağına, haqqa qovuşacağına inanır.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə hər il olduğu kimi yenə təhsil müəssisəsinin bütün fakültələrində və tələbə evində Xocalı faciəsi kədər və sabaha inam ruhunda anılıb, bunun soyqırım olması faktların dili ilə təsdiqini tapıb. Aqronomluq fakültəsində və tələbə evində keçirilən anım tədbirlərindən əvvəl faciəni əks etdirən sərgiyə baxılıb. Toplantıdan əvvəl Xocalı soyqırımına aid filmə baxılıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirilib ki, dünyada çox böyük ədalətsizliklər baş verib. Bunlardan ən dəhşətlisi isə Xocalı faciəsi olub. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlayıb. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləboran edilib. Bu gün biz bunu dərin kədrlə yad etsək də güclü olduğumuzu da unutmamalıyıq. Bizim gücümüz ulu öndər Heydər Əliyev siyasətində, qüdrətli Azərbaycanda və ona yenilməzlik gətirən cənab prezident İlham Əliyevdədir. Biz mütləq əbədi torpaqlarımıza qayıdacağıq. Şəhidlərimizin ruhunu belə şad edəcəyik.

Fakültənin dekanı, dosent Məhərrəm İsmayilov, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov, aqronomluq ixtisasının birinci kurs tələbəsi Orxan Muradzadə, İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Elgün Aslanov və başqaları çıxışlarında tarixi faciənin, insanlığa və bəşəriyyətə yönələn soyqırımın dəhşətlərindən danışıblar.

Tələbələrin təqdim etdiyi şerlər, Xocalıya aid səhnəciklər tədbirin təsirini artırıb, iştirakçıları bir anlığa həmin dəhşətli gecəyə qaytarıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024