Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (19-02-2018, 10:36)
ADAU tələbələrinin uğur forumu: Qüdrət Həbibli Macarıstan təəssüratlarından danışdı

   ADAU tələbələrinin uğur forumu: Qüdrət Həbibli Macarıstan təəssüratlarından danışdı

 

  Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Qüdrət Həbibli də  Macarıstanın Dunayvaroş Universitetindən qayıdıb. O, ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin dünya iqtisadiyyatı ixtisasının tələbəsidir və 4-cü kursun 1-ci semestrini Dunayvaroş Universitetində biznesin idarə edilməsi üzrə oxuyub. Gəncədəki doğma universiteti ADAU-ya  qayıdan Qüdrət orda gördüklərini bizimlə bölüşdü.

            -Qüdrət, necə oldu ki, sən Macarıstanda oxumaq şansı əldə etdin? Yad ölkə, başqa dildə təhsil bunlar çətin deyildi ki?    

            - ADAU-da ən yüksək səviyyədə təhsil verilir. Bunun üçün hər şərait yaradılıb. Maddi-texniki baza,  müasir auditoriyalar, müəllim tələbə münasibətləri tədrisin keyfiyyətini artıran səbəblərdəndir.  Təbii ki, bundan yararlanmaq, seçilən ixtisasa tam yiyələnmək artıq tələbənin öz işidir. Mən də yaradılan imkanlardan istifadə etdim və keçirilən müsabiqələrin birində Macarıstanın Dunayvaroş Universitetində təhsil almaq hüququ qazandım. Orda təhsil ingilis dilində idi. Mən bu dildə təhsil almağı ona görə çətinliksiz bacardım ki, Aqrar Universitetdə də ingilis dilində təhsil alırdım.

            -Aqrar universitetlə Dunayvaroş Universitetinin verdiyi təhsil arasında nə fərq gördün?

            -ADAU ilə Dunayvaroş Universiteti arasında müəyyən fərqlər var. Bəzi sahələrdə bizim- ADAU-nun  daha güclü bazaya malik olduğunu da açıq gördüm. Orda  neçənci  kursun tələbəsi olmaq elə də əhəmiyyət daşımır. Əgər fənnlər uyğun gəlirsə bütün kurslardan olan tələbələr bir yerdə həmin fənni öyrənə bilər. ADAU da isə bildiyiniz kimi hər kursun özünə ayrı dərs keçilir.

            - Macarıstanda, təhsil aldığın universitetdə başqa ölkələrdən də tələbə var idimi və onlarla münasibət qururdunmu?

            - Dunayvaroş Universitetində çox ölkədən tələbə oxuyurdu. Türkiyədən, Serbiyadan, Ərəb ölkələrindən, Çin və digər ölkələrdən də tələbələr var idi. Onlarla çox yaxşı münasibətim olub. Ölkələrimiz haqqında danışırdıq, bir-birimizi məlumatlandırırdıq. Beləcə başqa dövlətlər haqqında daha çox məlumatlı olurdum  ki, bu da dünyaya baxışımı təzələyirdi.  Son olaraq demək istərdim ki, dünya sisteminə uyğun  təhsil almaq həm də zamanın tələbidir və  çox  və gərəklidir. Bu sahədə biz tələbələrin yolunu açanlar,  qayğı göstərənlər   Azərbaycan təhsilini daha yükksək pillədə görmək istəyənlərdir. Onlaraın hər birinə təşəkkür edirəm.

 

 



 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024