Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (15-02-2018, 14:00)
Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin açılış mərasimi keçirilib.

Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  açılış mərasimi keçirilib.

 

14 fevral 2018-ci il tarixdə 57 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mənim tarixim, mənim mədəniyyətim” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, layihə rəhbəri Röya Rzayeva, 57 saylı məktəbin direktoru Gülnarə Cəfərova, məktəbin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Dilbər Rzayeva, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 40 nəfər yeniyetmə və gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan 57 saylı tam orta məktəbin direktoru Gülnarə Cəfərova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra layihə rəhbəri Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərimizi, öz dini dəyərlərimizi, adət-ənənələri aşılamaq, mədəniyyət siyasəti anlayışını təhlil etmək və Azərbaycanda mədəniyyət siyasətinin istiqamətlərini öyrənmək, Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimizdə baş verən hadisələri, əldə olan müvəffəqiyyətləri, mövcud olan problemləri və onları necə aradan qaldırmağı öyrənmək, hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın və onun Azərbaycanda, müasir dövrdə nə dərəcədə inkişaf etdiyini öyrənmək, qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların müsbət cəhətlərini milli mədəniyyətimizi qoruyub saxlamaq şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək, dövlət siyasətində mədəni və mənəvi irsin qorunması vəzifəsinin metod və üsullarının öyrənməkdir. R.Rzayeva qeyd etdi ki, mədəniyyət – insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir.

Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov gəncləri salamladı, layihə rəhbəri Röya Rzayevaya işlərində uğurlar arzuladı və qeyd etdi ki, mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının etibarlı göstəricisidir. Mədəni irsin qorunması və inkişaf etdirilməsi, ümumilikdə cəmiyyətin inkişafının və iqtisadiyyatla əlaqəli olan sahələrdən əlavə digər sahələrdə daha yüksək nailiyyətlər əldə etmək cəhtlərinin ayrılmaz bir hissəsidir. Mədəni irs anlayışına bir sıra xarici ölkələrdə dörd mövqe daxil edilir – tarix və memarlıq abidələri, muzeylər, kitabxanalar və arxivlər. Azərbaycanın maddi və mənəvi mədəniyyət abidələri onun mədəni irsini tarixindən xəbər verir. Azərbaycan – qədim və orta dövr abidələri, qalaları, körpüləri, məbədləri, karvansaraları ilə zəngin bir ölkədir. Min ildən artıq Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhəri, Qədim Naxçıvan, Gəncə və Bərdə şəhərləri sənətkarlıq və mədəniyyət mərkəzləri kimi şöhrət tapmışdır. Bundan əlavə Azərbaycan qalalarla zəngindir. R.Nəcəfov qeyd etdi ki, Azərbaycanın tarixi memarlıq abidələri haqqında daha çox danışmaq olar. Bunlar bizim tarixi keçmişimizi əks etdirən maddi mədəniyyət nümunələridir. Bu nümunələrin hər biri bizə ulu tariximizə, keçmişimizə iftixar hissi ilə baxmağa əsas verir. Buna görə də hər bir Azərbaycan vətəndaşı, eləcə də Azərbaycan dövləti və mədəni abidələrin mühafizəsi, onların bərpası və təbliği üçün xüsusi səy göstərməlidir.

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

 

Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  açılış mərasimi keçirilib.
Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  açılış mərasimi keçirilib.
Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  açılış mərasimi keçirilib.
Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  açılış mərasimi keçirilib.
Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  açılış mərasimi keçirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024