Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-02-2018, 21:22)
«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub

«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub

Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan «Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) işgüzar səfər ediblər. Səfərin məqsədi müəssisə ilə universitet arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü,, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, mövcud vəziyyəti, aqrar təhsilə dövlət dəstəyi, maddi-texniki baza, aparıcı şirkətlərlə əməkdaşlıq əlaqələrinin  zəruriliyi və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Şirkətin sahə üzrə meneceri, doktor Aleksander zu Dreele səmimi qəbula görə rektora dərin təşəkkürünü bildirərək, son illərdə universitetin əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlı olduğunu qeyd etmiş, həmçinin, son illərdə şirkətdə çalışan ADAU məzunlarının sayının artması da bildirmişdir.

Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin, praktiki dərslərin müəssisədə təşkili, mütəxəssislərin mübadiləsi, eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, tədris prosesinin birgə təşkili və monitorinqi, maddi-texniki bazadan istifadə məsələləri müzakirə olunub.  

Qeyd edək ki, «Agro Dairy» MMC və ADAU arasında  əməkdaşlığın əsası 2017-ci ildə qoyulmuşdur. İlkin mərhələdə,  ADAU-da təşkil olunmuş traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu şirkətdə taxıl biçini prosesində yaxından iştirak edib.  

«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub
«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub
«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub
«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub
«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub
«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
23 05 2018
22 05 2018
22 05 2018
22 05 2018
22 05 2018