Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-02-2018, 18:45)
İctimai Etimad Şurasının üzvləri Elmi şurada iştirak ediblər

         2 fevral 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Elmi Şuranın iclası keçirilmişdir. BSU-nun  rektoru, professor Nurlana Əliyeva çıxış edərək universitetin ictimaiyyətlə əlaqələrinin vacibliyindən,cəmiyyətin ali təhsil ocağının həyatında fəal iştirakının zəruriliyindən danışıb. O qeyd edib ki, universitetin təhsilin keyfiyyətini, maddi-texniki bazasını, beynəlxalq aləmə çıxmaq istiqamətindəki fəaliyyətini cəmiyyətə çatdırmaq bu gün çox önəmli bir məsələdir. N.Əliyeva deyib ki, bu, övladlarını bizə etibar etmiş valideynlər qarşısında həm də  bizim hesabatımız sayıla bilər. Sonra o, yeni yaradılmış İctimai Etimad Şurasının üzvləri- Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyevi, Respublika Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanı, Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyevi, Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin İdarə Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm, Təhsil Departamentinin direktoru Rauf Rəcəbovu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və  “525-ci qəzet”in müxbiri Sevinc Mürvətqızını Elmi şuranın üzvlərinə təqdim edib.

          Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev soz alaraq onlara göstərilən etimad və etibara görə universitet rəhbərliyinə və Elmi şuranın üzvlərinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Bakı Slavyan Universiteti strateji əhəmmiyyətə malik bir tədris ocağıdır. S.Alıyev Azərbaycanın dünyanın bir çox ölkələri ilə əlaqaqələrinin genişlənməsində bu təhsil ocağının əhəmiyyətini xüsusi qeyd edib. O, tələbələrin təhsil və universitetin ictimai həyatında mühüm rol oynamasının vacibliyini vurğulayıb.  

                                                                  



Xəbər lenti
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018