Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib » Mediatv.az informasiya portalı
Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-02-2018, 13:22)
Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib

Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə etmişdir. Buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər, qəsidələr daxil edilmişdir. 294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd edilmişdir. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olmuş, Məkkə və Mədinəni ziyarət etmiş, üç dəfə Hindistana getmiş, orada böyük hörmət qazanmış, sonra vətəninə qayıtmışdır. Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xalat və bir at almışdır. Heydərinin surətu əldə edilən külliyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır. Şair XVI əsrin sonlarında vəfat etmişdir. Heydərinin müxtəlif münasibətlərlə yazdığı şeirlər dövrün mənzərəsini daha ətraflı təsəvvür etməyə kömək edir.

 

Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib
Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
15 08 2018
15 08 2018
15 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018
14 08 2018