Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

 

Azərbaycanın dilbər guşələrindən biri olan Lerik rayonu özünün zəngin flora və faunası, qədim tarixi-arxeoloji abidələri, əsrarəngiz təbii iqlim şəraiti və uzunömürlü insanları ilə hələ XIX əsrin əvvəllərindən xarici səyyahların və alimlərin diqqətini cəlb etmişdir. XIX əsrin alman botanik alimi F.Qoqenhager, tanınmış fransız yazıçısı Aleksandr Düma, məşhur fransız səyyahı Jak De Morqan, görkəmli rus şərqşünası B.Miller, folklorşünas və etnoqraf alim Teymurbəy Bayraməlibəyov bu qədim diyarda elmi-tədqiqat işləri aparmışlar.
Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. 1938-ci ilədək mərkəzi Qosmalian kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 kv.km əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Cənab Prezidentin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sablitlik yaradılmış, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində həm bölgələrin inkişafı təmin edilmiş, həm də əhalinin məşğulluq problemi həll edilmişdir.
Azərbaycanın ən ucqar rayonları, qəsəbə və kəndləri əsl inkişaf yolu keçib. Yüz minlərlə yeni iş yeri yaradılmış, bu inkişaf Lerik rayonundan da yan keçməmişdir. Rayonun ucqar kəndlərində 40-dan çox yeni məktəb, səhiyyə və mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş, kənd yollarının çəkilişi davam etdirilir. Son on ildə Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binaları və fərdi evlər tikilmiş və kəndarası yollarında təmir işləri aparılmışdır. Qum-çınqıl və kərpic zavodu, Broyler quşçuluq müəssisəsi yaradılmış, yüzlərlə lerikli işlə təmin edilmişdir.
Rayonun elektrik təsərrüfatı yenilənir. 17 Mvt gücündə modul tipli elektrik stansiyası tikilir. Lerik şəhərində ilk dəfə olaraq kanaldizasiya şəbəkəsi qurulur, şəhər əhalisinin fasiləsiz içməli su ilə təmin etmək məqsədilə yeni su xətti çəkilir, şəhərdaxili xətlər yenilənir.
Rayonun inzibati mərkəzi sayılan Lerik şəhərində də keçən il tikinti və abadlıq işləri uğurla davam etdirilmişdir. Ərazidə «xeyir-şər evi» tikilmiş, 75 yerlik uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Şəhərin küçə və meydanlarında tikinti və abadlıq işləri davam etdirilmiş, 420 kvadratmetr səki yenidən qurulmuş, tamet piltələr döşənmişdir. Şəhərin hər iki giriş hissəsində 3200 kvadratmetr yeni istinad divarı hörülmüş və milli ornamentlərlə zəngin olan dekorativ daşlarla üzlənmişdir. Küçə və meydanlarda 35 min kvadratmetr asfalt işi görülmüş, 110 ədəd yeni işıq dirəyi quraşdırılmışdır.
Rayon rəhbərliyinin, RİH başçısı cənab Rövşən Bağırovun gündəlik diqqət mərkəzində saxlandığı sferalardan biri də təhsildir. Təcrübəli pedaqoq Balaşirin Nəsirovun rəhbərlik etdiyi Lerik Rayon Təhsil Şöbəsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. 2013-cü tədris ili bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 338 nəfər tələbə adına layiq görülüb. Onlardan 126 nəfəri ali məktəblərə, 212 nəfər isə orta ixtisaslı məktəblərə qəbul olunublar. Qəbul olunan tələbələrin 123 nəfəri qızlardır. «Beynəlxalq Müəllim Günü» ərəfəsində rayonun müəllimlərindən bir nəfərə «Əməkdar müəllim» adı verilib. Rayon rəhbərliyinin və Lerikdən Milli Məclisə seçilmiş deputat İqbal Məmmədovun istedadlı şagirdləri və yüksək nəticə göstərmiş məzunları mükafatlandırması gözəl bir ənənəyə çevrilib.
Rayonda səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Hələ 2010-cu ildə Prezident İlham Əliyev Lerikə səfəri zamanı çıxışında uzunömürlülər diyarının fiziki cəhətdən həmişə sağlam olan sakinlərinə xəstəxananın lazım olmadığını zarafatla qeyd etsə də, əsaslı təmir edildikdən sonra hər cür müasir tibbi avadanlıqlarla təmin olunmuş 90 çarpayılıq xəstəxana, burada yaradılan şəraitdən razılığını bildirmişdi. Səhiyyə ocağı ultrasəsli müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları ümumi və biokimyəvi laboratoriya ilə, bir sözlə, rayon sakinlərinin müalicə və müayinəsindən ötrü lazımi şəraitlə təmin edilmişdir. Başda doktor Mübariz Ağayev olmaqla Mərkəzi Xəstəxananın həkim və tibb işçiləri müasir binada Prezidentin verdiyi tapşırıq və tövsiyələri yerinə yetirmək üçün, əhalinin sağlamlığının qorunmasından ötrü bilik və bacarıqlarını əsirgəmirlər.
Əhalinin sosial müdafiəsi məsələlərinə ciddi fikir verilir. Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan şəxslərin aşkar edilməsi və onların qayğı ilə əhatələnməsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların düzgün müəyyən edilməsini, təyinatı üzrə vaxtında ödənilməsinə nəzarəti lazımi səviyyədə həyata keçirir.
Az öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Lənkəranda bu rayonun, eləcə də qonşu Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonunun sakinləri üçün qəbul keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların Lerik rayon ƏSMM-nin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Lənkəran şəhərinə aparılması təmin edilmişdir. Nazirin verdiyi tövsiyə və tapşırıqların dərhal yerinə yetirilməsi üçün əməli tədbir görülmüşdür. Dinləmələrdə şikayətlər olmamışdır.
Lerik rayonu üzrə Maliyyə İdarəsi təcrübəli iqtisadçı Elman müəllimin rəhbərliyi altında dövlətin maliyyə siyasətinin rayonda uğurla həyata keçirilməsinə nail olur. Xərclər öz təyinatı üzrə müvafiq xərc maddələrində düzgün proqnozlaşdırılır; növbəti ilin yerli xərclərinin tərtibi zamanı xərclərə olan real tələbat düzgün müəyyən edilir; yerli xərclərdən maliyyələşən təşkilatlarda lüzumsuz xərclərin azaldılması ilə bağlı təkliflər verilir; növbəti büdcə ilində fəaliyyətə başlanılması, habelə genişləndirilməsi zəruri hesab edilən müəssisə və təşkilatlardan müvafiq təsdiqedici sənədlərin və tələb olunan vəsaitlərə dair hesablamaların alınması və icmallaşdırılması; icra gedişində yerli xərclərdə edilən dəyişikliklərin uçotunun aparılması və s. işlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.
Qədim mədəniyyət mərkəzi olan Lerikdə 193 tarixi abidə qeydə alınmışdır. Bunlardan 42-si ölkə, 151-i isə yerli əhəmiyyətli abidələrdir. Rayonda 22 mədəniyyət evi, 44 klub, 61 kitabxana, 1 tarix-diyarşünaslıq muzeyi və «Uzunömürlülər» filialı, 1 rəsm qalereyası, 2 ibtidai musiqi məktəbi fəaliyyət göstərir. Mədəniyyət evlərində 20 bədii özfəaliyyət kollektivi, klub müəssislərində 123 dərnək fəaliyyət göstərir. «Lakto», «Cəngəsər», «Bahar», «Çiçək», «Uzunömürlülər» və digər mahnı və rəqs ansamblları milli musiqimizin, adət və ənənələrimizin yaşaması üçün səylə çalışırlar.
Turizmin inkişaf etdirilməsi sahəsində bir sıra uğurlara imza atılmışdır. Dövlət Proqramının icrası ilə bağlı rayonda fəaliyyət göstərən «Relax», «Təbəssüm», «Meşəbəyi», «Çənlibel», «Xəyal», «Həyat», «Qala», «Cənub», «Möcüzə» turizm istirahət-əyləncə mərkəzlərində istirahət edən qonaqlara vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Qeyd etməyə dəyər ki, bu sahədə qazanılan uğurlarda Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin təqdirəlayitq fəaliyyətinin, şəxsən Şöbə müdiri Aqil Sucayevin səmərəli işinin böyük əhəmiyyəti vardır.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən səyyar qəbulların və vətəndaşlarla görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı Rövşən Bağırov dövlət başçısının tapşırığına əsasən hər həftənin dördüncü günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
İnanırıq ki, yeni 2014-cü il də əvvəlki illər kimi Lerik rayonu üçün düşərli olacaq, leriklilər ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan daha çox bəhrələnəcək, respublikamızın tərəqqisinə sanballı töhfələr verəcəklər.

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018